Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 May

2018
13:12
İspaniya hökuməti narkobaron Eskobarın özəl killerini reklama çəkdi-VİDEO

İspaniyanın Almeriya vilayətinin hökuməti əyalət kurortunun reklamına məşhur  kolumbiyalı narkobaron  Pablo Eskobarın  "təhlükəsizlik xidmətinin rəisi" Con Hayro Velaskesi cəlb ediblər. FaktXeber.colm-un verdiyi məlumata görə, bu barədə Voz de la Almería qəzeti xəbər yayıb.

250 qətldə və təyyarə terrorunda təqsirli bilinən killer Velaskesin iştirakı ilə reklam roliki Karboneras bələdiyyəsinin Turizm Departamentinin rəhbəri  Paskual Dias öz səhifəsində yerləşdirib. Məmur bu hərəkətini Popay ləqəbli Velaskesin media məşhurluğu ilə əlaqələndirərək, onun YouTube-də 30 milyon üzvü olduğunu vurğulayıb.

Rolikdə sabiq killer gözəl Karboneras şəhərini, onun çimərliyini və ləzzətli mətbəxini tərifləyib.

Diasın siyasi rəqibləri reklamı kəskin tənqid edərək onun istefasını tələb ediblər. Departamentin rəhbəri isə  layihəni müdafiə edərək Karbones barədə turistik informasiya tələblərinin artdığnı deyib.

Qeyd edək ki, Pablo Eskobar 1980-ci illərin ən tanınmış narkobaronu olub. 1993-cü ildə Kolumbiya polisinin snayperi onu güllələyib. 

Eskobarın killeri Con Hayro Velaskes  250 nəfərin qətlində  və 1989-cu ilin 27 noyabr terrorunun təşkilində təqsirli bilinib. Həmin vaxt təyyarənin partlaması nəticəsində 107 nəfər həlak olmuşdu. Velaskes 1992-ci ildən həbsdə olub, 2014-cı ilin avqust ayında isə 52 yaşında o, şərti azadlığa buraxılıb. 

Məqalədə : Eskobar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda "patı" satan ana və oğlu saxlanılıb

03

Avqust
15:54
HÜQUQ,HADİSƏ
288

Deputat Eldəniz Səlimov saxlanılıb

03

Avqust
13:52
HÜQUQ,HADİSƏ
395

Deputatlar yenidən tətilə çıxıblar

03

Avqust
13:49
ÖLKƏ
395

Sabahın hava proqnozu açıqlanıb

03

Avqust
13:40
ÖLKƏ
373

Azərbaycanda benzin bahalaşıb

03

Avqust
12:48
İQTİSADİYYAT
651

İranda zəlzələ olub

03

Avqust
10:56
DÜNYA
484

Əfqanıstan Talibanla sülhə hazırdır

03

Avqust
10:17
DÜNYA
607
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-08-2021 18:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru