Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2018
11:34
`ASAN xidmət`də `Azərişığ`ın daha 2 xidməti yaradılıb

“Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” vasitəsilə abonentlərə göstərdiyi xidmətlərin sırasına daha 2 xidmət əlavə olunub. 

FaktXəbər-ə daxil olan məlumata görə, bu gündən etibarən ölkədəki bütün “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində “yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı 2 yeni xidmət fəaliyyətə başlayıb.

Qeyd edək ki, “yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) üçün ərizə-blank və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi tələb olunur. Bu xidmət sifarişçinin tələbinə uyğun olaraq dərhal və ya 2 gün ərzində həyata keçirilir.

“İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” üçün də ərizə-blank və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi tələb olunur. Xidmətin müddəti isə işin həcmindən asılı olaraq müqavilə əsasında müəyyən edilir. Beləliklə “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsi göstərdiyi 11 xidmət, bu gündən etibarən 13 xidmət olub.

Bundan başqa, məlum olduğu kimi Nazirlər Kabineti “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə yeni qərar verib. Bununla da sahibkarların tələb olunan gücü 150 kVt-a qədər mövcud 0,4 kV-luq şəbəkədən tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə vahid tarif təsdiq edilib. Bu isə o deməkdir ki, “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə bu günə qədər xidmət göstərdiyi “qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətində yeniliklər edilərək vahid tarif tətbiq olunub. Bu isə sözsüz ki, sahibkarların işini daha da asanlaşdırıb. 

Məqalədə : ASAN xidmət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

21

İyun
17:39
ÖLKƏ
130

Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

21

İyun
15:15
SİYASƏT
395

Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21

İyun
13:52
BÖLMƏNİ DÜZ SEÇ!
366
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2021 23:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru