Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2018
15:37
Qusarın ucqarlarına yeni yol çəkilir - FOTO

Qusar rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir-neçə yol layihəsi uğurla icra olunur.

Agentlikdən verilən məlumata görə, bura 1 respublika və 2 yerli əhəmiyyətli ( kəndlərarası) avtomobil yolu daxildir. Sadalanan bu yolların uzunluqları 78 km təşkil edir və 100 mindən artıq əhalinin yaşadığı 45 yaşayış məntəqəsini əhatə edir.

Sözügedən layihələrdən biri 21,5 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini əhatə edən Köhnə Xudat-Həzrə avtomobil yoludur. Yolun uzunluğu 21 km təşkil edir.

 Hazırda tikinti işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 3100 kubmetr həcmdə qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunur, yolun çiyin hissələri 42 min kv.m sahədə genişləndirilərək optimal qarışıqlı çınqılla bərkidilir, küvet hissələr açılır.

Aparılan tikinti işlərindən sonra layihəyə uyğun olaraq zəruri olan yerlərdə hərəkətin normal təşkili üçün 76 ədəd yol nişanları və məlumatverici lövhələr, 21 ədəd km göstəricisi və 680 ədəd siqnal dirəyi quraşdırılacaq, 63 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

Məqalədə : FOTO 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
680

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
867

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
664
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 03:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru