Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2018
18:11
Hansı məmurlar vəzifəsindən uzaqlaşdırıldı?

Azərbaycan Respublikası bəzi nazirləri və baş nazirin bir neçə müavini dəyişib.

FaktXəbər-in məlumatına görə, prezident İlham Əliyevin bu gün yeni hökumətin tərkibinin təsdiq olunması haqqında imzaladığı sərəncama əsasən, Hacıbala Abutalıbov baş nazirin yeni müavini təyin olunub.

Buna qədər baş nazirin müavinləri postunu tutan Abid Şərifov, İsmət Abbasov və Elçin Əfəndiyev yenidən təyin edilməyiblər.

Bununla yanaşı, Yaqub Abdulla oğlu Eyyubov yenidən I müavin, Əli Cavad oğlu Əhmədov və Əli Şamil oğlu Həsənov müavin kimi yeni tərkibdə yer alıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və kənd təsərrüfat naziri Heydər Əsədov vəzifəsini itirənlər arasındadır. 

Məqalədə : Nazirlər Kabineti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
228

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
580
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 16:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru