Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2018
16:39
Salyan-Neftçala avtomobil yolu təmir olunub - VİDEO

Salyan və Neftçala rayonlarını birləşdirən 45 km uzunluğunda olan respublika əhəmiyyətli avtomobil yolu əsaslı şəkildə təmir olunub.

Avtomobil Yolları Dövlət Agentliyindən FaktXəbər-ə verilən məlumata görə, təmir-tikinti işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə çınqıl materialı tökülərək kipləşdirilib. Daha sonra yol boyu asfaltlanma işləri aparılıb. Texnoloji ardıcıllığa uyğun olaraq aparılan bərpa işləri zamanı yolun 7 metr enində hərəkət hissəsi nəzərə alınmaqla təqribən 300 min kv.m-dən çox sahəyə yeni asfalt-beton örtüyü döşənib.

Bundan başqa aparılan işlər çərçivəsində yol üzərində yerləşən və 66 metr uzunluğa malik avtomobil körpüsünün təmiri, məhəccərlərinin dəyişdirilməsi, həmçinin yol boyu 30 ədəd mövcud avtobus dayanacağının sökülərək yenidən tikilməsi və əlavə 4-nün inşa edilməsi işləri də görülüb.

Əsaslı bərpa işləri bitəndən sonra yol boyu avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 206 ədəd yol nişanı və 980 ədəd siqnal dirəyi quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.

Qeyd edək ki, sözgedən yolun əsaslı təmiri Salyan və Neftçala rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
445

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
377

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
352
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-05-2020 00:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru