Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2018
11:29
Azərbaycanda 4 kq narkotik dövriyyədən çıxarılıb

Polis əməkdaşları tərəfindən narkotiklərə qarşı qətiyyətli tədbirlər davam etdirilir. Ötən gün bu istiqamətdə keçirilən tədbirlər nəticəsində 4 kiloqrama yaxın yüksək təsiredici xüsusiyyətə malik olan narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əli Həmidov olduğu məlum olub. Baxış zamanı onun üzərindən heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə polis əməkdaşları onda əlavə narkotik olmasını müəyyən ediblər. Əməliyyat-axtarış tədbirləri ilə Ə.Həmidovun yaşadığı evin yaxınlığında kolluqda gizlətdiyi 2 kiloqramdan artıq heroin də aşkar edilərək götürülüb.

Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Arif İsmayılov saxlanılıb. Ondan 1 kiloqram 640 qram heroin götürülüb. 

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Zöhrab Əzizovdan marixuana götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evinə də baxış keçirilib. Oradan əlavə olaraq 125 qram marixuana, həmçinin lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş “İJ-16” markalı tüfəng də aşkar edilərək götürülüb.   

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. 

Faktlarla bağlı cinayət işləri başlanılıb. 

Məqalədə : narkotik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
75

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
91

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
141

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
275

AMB-nin valyuta məzənnələri

22

Sentyabr
09:25
İQTİSADİYYAT
226
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2021 14:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru