Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Oktyabr

2017
16:03
Moskva Boris Consona `görünməz papaq`dan istifadəni təklif edir

Moskva Böyük Britaniyanın XİN rəhbərinə «görünməz papaq»dan istifadəni təklif edir. FaktXeber.com-un məlumatına görə, RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Boris Consonun  Russia Today (RT)-in ünvanına səsləndirdiyi sözləri şərh edərkən bildirib. Qeyd edək ki,  Londonun sabiq meri  kanalı təşviqatda ittiham edərək  ingilis siyasətçilərə onun kadrlarında görünməməyə çağırmışdı.

«Biz onun Rusiyaya səfəri zamanı kadrlara düşməməsi üçün bir yol görürük – bu da görünməz papaqdır. Əgər onda yoxdursa, bilirəm ki, Russia Today-də bir cüt qalmalıdır. Düşünürəm ki, onlar bunu elə bilərlər. Rusiya ərazisində Rossia Today-in kadrına düşməməyin başqa yolunu mən bilmirəm», - deyə Zaxarova brifinqdə bildirib.

- Mariya Vladimirovna, görünməz papaqlar barədə siz hardan bilirsiniz? Niyə bizim kartlarımızı açırsınız, - deyə tədbirdə iştirak edən RT jurnalistlərindən biri soruşub.

- Mənim işim budur, - deyə Zaxarova cavab verib. 

Qeyd edək ki, yaxın günlərdə Boris Consonun Moskvaya səfəri gözlənilir. RF XİN rəhbəri xəbərdarlıq edib ki, Rusiya tərəfi  Böyük Britaniyanın XİN rəhbərini telekanalın diqqətindən uzaqlaşdıra bilməz, çünki bu halda Russia Today KİV-lər üçün tədbirə buraxılmamalıdır.

«Bu isə bildiyiniz kimi müqəddəsdir. Biz KİV-lərin  kütləvi tədbirlərdə iştirak hüququna  böyük zhörmətlə yanaşırıq». 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
150

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
206

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
417

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
459

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
651
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 11:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru