Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Oktyabr

2017
14:42
Nazir: `Neftçala Avtomobil Zavodunda avtobus da istehsal oluna bilər`

Gələcəkdə İranla Azərbaycan arasındakı dəmir yolu xəttinin Rəşt-Astara hissəsinin tikintisi birgə aparılacaq. Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, həm bu, həm də iki ölkə arasında energetika, ticarət, turizm və sənaye sahələrində əməkdaşlığa dair Bakıda səfərdə olan İranın maliyyə naziri Məsud Karbasianla (Masoud Karbasian)  müzakirələr aparıb: "2016-cı ildə ticarət dövriyyəmiz 2015-ci ilə nisbətən 70%, bu ilin ilk 9 ayında isə 33% artıb".

Ş.Mustafayev qeyd edib ki, iki ölkənin iş adamlarının Neftçala Sənaye Məhəlləsində birgə inşa etdiyi avtomobil zavodu bu ilin sonunda təhvil veriləcək. 

"Kənd təsərrüfatı avadanlıqlarının istehsalı sahəsində ixtisaslaşmış müəssisənin yaradılması haqqında müzakirələr apardıq. Neftçala Avtomobil Zavodunu ilin sonuna kimi istifadəyə vermək istəyirik. Artıq noyabrda avadanlıqların təchizinə başlanılacaq. İstəyirik, açılış dekabrda olsun. Ola bilsin, bu proses gələn ilin ilk aylarına kimi yubansın", - deyə nazir əlavə edib.

Bununla yanaşı nazir müəssisədə avtobus istehsalının mümkünlüyünü də istisna etməyib: "Ola bilsin ki, gələcəkdə Neftçala Avtomobil Zavodunda avtobus istehsalına başlanılsın. Artıq ilkin müzakirələrə başlanıb".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
237

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
259

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
362
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 22:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru