Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2017
20:14
Sabah Bakı və Abşeronun bir hissəsində təbii qazın verilişində fasilələr olacaq

Qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması, yeni çəkilmiş diametri 315 mm-lik polietilen qaz xəttinin mövcud qaz mənbəyinə qoşulması və diametri 530 mm-lik siyirtmənin dəyişdirilməsi  ilə əlaqədar 20 sentyabr saat 09:00-dan işlər yekunlaşanadək Abşeron rayonu Xırdalan şəhərinin, həmçinin Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İB-dən verilən məlumata görə, aparılan təmir işlərinin Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Biləcəri və Xutor qəsəbələrinin eləcə də Motodrom ərazisində bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

“Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir”, - deyə məlumatda qeyd olunub.

Məqalədə : qaz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
150

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
175

Sabah hava buludlu olacaq

07

May
13:38
ÖLKƏ
200
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 19:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru