Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Sentyabr

2017
11:01
Şeyx Naim Qasim: Ərəbistan məğlubiyyətini etiraf etdi

Ərəbistan XİN rəhbərinin  Suriyada böhran bölgələrinin  azalmasını qəbul etməsi, Səud rejiminin  Suriyadakı  məğlubiyyətinin etirafıdır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Livan Hizbullahının Baş Katibinin köməkçisi Şeyx Naim Qasim bildirib.

Qeyd edək ki, dünən Ciddədə  Rusiya XİN rəhbəri  Sergey Lavrov ilə birgə mətbuat konfransında Səudiyyə Ərəbistanının  XİN  rəhbəri  Adil Cubeyr Orta Şərqdə davam edən bir çox böhranın həllində Rusiya ilə eyni baxışa sahib olduğunu dilə gətirib, Suriya  probleminin  da beynəlxarq prinsiplər işığında  həlli, ölkənin suverenliyini qorunması və daxili işlərə  müdaxilə edilməməsi  barədə  Rusiya ilə eyni fikirdə olduğunu bildirib.

«Rusiya və Ərəbistan müttəfiq Suriyanı dəstəkləyirlər və Ərriyad daim Suriyanın ərazi bütövlüyünün qorunması haqda öz mövqeyini vurğulayıbdır»,-  deyə Ərəbistanın xarici işlər naziri vurğulayıb.

Şeyx Naim Qasim «Əl-Məran» televiziyasına verdiyi müsahibədə  Ərəbistanın  bölgədə  ağır məğlubiyyətləri  səbəbindən çox ağır günlər  keçirdiyini bildirib. O, həmçinin bildirib ki, müqvamiət qüvavələrinin və ordunun bir-birilə uyğunluğu  Livan təpələrində  uğura gətirib.

Livan Hizbullahının sözcüsü Suriya böhranının siyasi həll hazırlıqlarının  qeyri-rəsmi olaraq  başladığını açıqlayaraq, Hələbin azad edilməsi ilə Hələbin bölünməsi  layihəsinin çökdürüldüyünü də deyib.

Məqalədə : səud 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

18

May
16:56
BÖLMƏNİ DÜZ SEÇ!
320

Sabahın hava proqnozu açıqlandı

18

May
12:52
ÖLKƏ
326

Livan İsraili raketlə vurub

18

May
11:42
DÜNYA
250
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2021 05:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru