Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2017
12:02
Vüqar Bayramov: `Son 4 ayda manat avroya nisbətən 10 faiz ucuzlaşıb`
"Yığımın bir valyutada deyil, valyuta səbəti formasında ən azı 3 valyutada aparılmaslna ehtiyac var"

"Son 2 ildə ilk dəfə olaraq dünya bazarında avronun dollara nisbətən məzənnəsi 1.18-dək yüksəlib. Yalnız bu ilin aprel ayından sonra avro ABŞ puluna nisbətən 11 faizə yaxın bahalaşıb."

FaktXəbər-in məlumatına görə, bu barədə açıqlamasında iqtisadçı alim Vuqar Bayramov bildirib.

İqtisadçı bildirir ki, Avropa pulunun bahalaşması avrozona ölkələrinin iqtisadi gösətiricilərinin yaxşılaşması və eləcə də ABŞ ixracatını artırmağa çalışan Ağ Evin dolların ucuzlaşmasını hədəfləməsi ilə bağlıdır: "Belə ki, dollar yalnız avroya nisbətən deyil, digər əksər aparıcı valyutalara nisbətən də dəyər itirməkdədir. Bu ilin ikinci rübü İspaniya daxil olmaqla əksər avrozona dövlətləri üçün nikbin sonluqlarla yekunlaşıb. 0.9 faizlik artım ilə İspaniya böhrandan əvvəlki vəziyyətinə qayıtmaqdadır. Fransadakı son prezident seçkilərindən sonra Avropa Birliyi daha möhkəm təsir bağışlayır ki, bu da avronun xeyirinə işləyən faktorlardandır. Bu həftə Avrozonada infilyasiya daxil olmaqla bir neçə əsas göstəricilər elan ediləcək. Əgər bu göstəricilər də birlik iqtisadiyyatına pozitv notlar əlavə edəcəkəsə o zaman avronun möhkəmlənməsi davam edə bilər."

Manatın avroya nisbətən ucuzlaşmasına da toxunan V.Bayramov bildirir ki, əgər aprel ayında Mərkəzi Bankın rəsmi məzənnəsi ilə 1 avro almaq üçün 1.80 qəpik ödəmək lazım idisə indi 1 avro pulu üçün 2 manadan çox pul ödəmək lazımdır. Bu isə o deməkdir ki, son 4 ayda manat avroya nisbətən 10 faiz ucuzlaşıb: "ABŞ puluna nisbətən stabillik nümayiş etdirən milli valyutamızın Avropa pulu qarşısında ucuzlaşması təbii ki, avronun dollara nisbətən möhkəmlənməsi ilə bağlıdır. Belə ki, manatın dollara nisbətən birbaşa, digər valyutalar ilə çarpaz məzənnəsi müəyyənləşdiyi üçün qlobal valyuta bazarında baş verənlər milli valyutamızn başqa dönərli pullar ilə kursuna birbaşa təsir göstərir. Bu isə o deməkdir ki, əvvəllər də qeyd etdiyimiz kimi, yığımın bir valyutada deyil, valyuta səbəti formasında ən azı 3 valyutada aparılmaslna ehtiyac var."

Məqalədə : Vüqar Bayramov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
450

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
472

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
583

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
640
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 00:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru