Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2017
09:43
Hollivud ulduzu Corc Kluni suriyalı uşaqlar üçün 2,25 milyon dollar pul ianə edəcək

Dünyaca məşhur aktyor Corc Kluni  və xanımı Amaliya Livanda yaşayan 3 min qaçqın uşaq üçün 7 məktəbin inkişafına 2,25 milyon dollar ayırıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə "Kluni Ailə Fondu"nun rəsmi saytında  məlumat verilir.

«Minlərlə gənc suriyalı heç vaxt cəmiyyətin tam üzvü ola bilməmə risqi ilə üz-üzədir. Məktəb təhsili onlara həyatlarını dəyişməyə kömək edəcək», - deyə bu yaxınlarda ekiz övladları olan Kluni bildirib.

Kluninin Ali Fondundan əlavə layihədə təhsil müəssislərini texnika ilə təchiz edəcək Google və HP kompaniyaları da iştirak edir. Ayrılan məbləğin ümumi həcmi 3 milyon dolları keçir.

Livan tərəfi Hollivud ulduzunun niyyətini artıq qiymətləndirib. Ölkənin təhsil naziri  Marvan  Xamade bəyan edib ki, Kluni ailəsini bu addımına görə, Beyrut dərin minnətdarlığını bildirir.

Qeyd edək ki, Corc Kluni – amerikalı aktyor, rejissor və prdüsserdir. O, bir sıra filmlərdə roluna görə, prestijli  mükafatlara layiq görülüb: “O Brother, Where Art Thou?” (2000-ci il, «Qızıl qlobus»), Syriana (2005-ci il, «Oskar» və «Qızıl qlobus»), The Descendants (2011-ci il, «Qızıl zlobus»)

Bundan başqa The Monuments Men (2014) filminin rejissor və aktyorudur, Argo (2012,  "Oskar" ən yaxşı film) filminin prodüsseridir.

Məqalədə : ianə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
121

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
219

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
519
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 20:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru