Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyul

2017
15:33
Gürcüstanda məmurlar işdən kənarlaşdırıldı - Əfqan Muxtarlıya görə

Muxtarlının işinin istintaqına qədər Kəşfiyyat Departamentinin və Sərhəd Polisinin rəhbərini vəzifəsindən azad ediblər

DİN Əfqan Muxtarlının işinin istintaqı ilə bağlı brifinq keçirib. O, istintaqın aralıq hesabatını ictimaiyyətə təqdim edib. Daxili İşlər Naziri brifinqin sonunda bildirib ki, yüksək ictimai maraqdan dolayı, işin istintaqının bitməsinə qədər Kəşfiyyat Departamentinin və Sərhəd Polisinin rəhbəri vəzifəsini tərk edib.

Onun sözlərinə görə, DİN onların əməkdaşlarının günahsızılığna əmindir.

2015-ci ildən Tbilisidə yaşayan Azərbaycanlı jurnalist Əfqan Muxtarlı deyir ki, 24 may tarixində Tbilisidən onu qaçırıblar, ikinci günü isə Azərbaycanda həbs ediblər.

Əfqanın sözlərinə görə, axşam saatlarında Tbilisinin Conqadze küçəsində onun qarşısına üç nəfər çıxıb, onlardan ikisi hüquq mühafizəçilərinin geyimində olub. Qaçıranlar onun başına torba keçiriblər, eləcə də fiziki olaraq təhqir ediblər.

Azərbaycan məhkəməsi Muxtarlıya üç ay müddətinə əvvəlcədən məhkumluk təyin edib.

Azərbaycan prokurorluğu jurnalist Əfqan Muxtarlını, hüquq-mühafizəçilərinə qarşı çıxmaq, sərhəddi qeyri-qanuni olaraq keçmək və qaçaqmalçılıq maddəsinə əsasən ittiham edib.

Gürcüstan Daxili İşlər Nazirliyi Muxtarlının işini qeyri-qanuni şəkildə azadlıqdan məhrum edilmə maddəsi ilə araşdırır.(liberali.ge)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
336

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
580
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 02:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru