Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Aprel

2017
10:47
`Sovetski`də söküləcək evlərin sayı açıqlanıb

"Bakının keçmiş "Sovetski” ərazisində təqribən 10 mindən çox ev sökülməlidir. Hazırda onlardan 4500-ü sökülüb”.

Bunu Baş nazirin müavini Abid Şərifov deyib.

Onun sözlərinə görə, 20 mindən çox əhalisi olan ərazinin sakinlərini köçürmək üçün cəsarət lazımdır: 

"Sökülən ərazinin yerində park salmaq, nəqliyyat problemlərini azaltmaq çətin addım idi. Təbii ki, 4500 evin sakinini yerindən tərpətmək də çətin məsələdir. Bunu prezidentin göstərişi nəticəsində edə bildik. Bu yaxınlarda ərazidə ağac və yaşıllıqlar əkiləcək. Artıq ərazinin ab-havası da dəyişib. Keçmişdəki hava tamam fərqli idi. İndi isə yalnız minnətdarlıq etmək lazımdır”.

Baş nazirin mavini bildirib ki, "Sovetski"nin söküntüsü ilə bağlı göstəriş veriləndə vətəndaşlara məqsəd izah olunub:

"Ancaq bununla belə insanlar inanmırdılar. Mən də məsələni onlarla görüşəndə dəfələrlə izah etdim. Sonda onlarda inam əmələ gəldi. Bir neçə problem var idi. Bu da mətbuatda şişirdilmiş yazılar yazılması ilə əlaqədar idi. Yüzlərlə evin sahəsinin 8, 15, 20 kvadratmetrə qədər olduğunu və onlara verilən vəsait hesabına şəhərdə ev ala bilmədikləri ilə bağlı dövlət başçısına məruzə etdim. Prezident göstəriş verdi ki, məsələ həll olunmalıdır. Bundan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) yaxınlığında yerləşən 9 mərtəbəli binadakı 200-dən çox mənzil təmir olundu və sakinlərə təqdim olundu." (Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
429

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
362

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
390

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
378

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
513

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
486

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
479

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
562
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 07:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru