Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2017
12:21
Növbəti tədris ili üçün məktəbəhazırlıq qruplarında yenilik

"Növbəti tədris ilindən məktəbəhazırlıq qruplarına qəbulda da mikroərazi prinsipi əsas amil kimi nəzərə alınacaq". Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, bu gün hələ də ikinövbəli məktəblər qalır: "Həmin məktəblərdı belə qrupların təşkili mümkün olmayacaq. Bunun üçün məktəbin həm maddi-texniki bazası, həm də kadr potensialı olmalıdır. Bu il 65 % uşaqların məktəbəhazırlıq qruplarına cəlb olunacağını nəzərə alaraq imkanlarımız daha da genişlənəcək və bundan səmərəli şəkildə istifadə etməyə çalışacağıq".

İdarə müdiri xatırladıb ki, bu ildən Bakı məktəblərinə I sinfə şagirdlərin qəbulu zamanı mikroərazi prinsipi əsas götürülüb: "Əminəm ki, bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq. Yaşadığı ərazidən asılı olmayaraq uşaqların hər biri tədrisə cəlb olunacaq. Məktəbə qəbul zamanı ilk növbədə Bakıda daimi qeydiyyatda olan sakinlərin övladları nəzərə alınır. Elə məktəblər var ki, orada yerli sakinlərlə yanaşı, müvəqqəti yaşayanların uşaqlarını məktəbə qəbul etməkdə heç bir çətinlik çəkmir. Bakı məktəblərinin 83%-də ərazi ilə bağlı heç bir problem yoxdur".

O qeyd edib ki, yalnız ərazi sıxlığı olan məktəblərdə mikroərazi prinsipi ilə bağlı problem yaşanır: "Şagird sıxlığı daha çox Binə qəsəbəsində, kənd Binəqədi ərazisində, Sulutəpədəki bəzi məktəblərdə müşahidə edilir. Şagird sıxlıqları olan ərazinin infrastrukturunu təhlil edirik və əlavə tədris korpuslarının tikilməsi və yaxud ərazidə yeni məktəb tikintisi ilə bağlı mütəmadi olaraq Təhsil Nazirliyinə müraciət olunur". (Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

18

May
16:56
BÖLMƏNİ DÜZ SEÇ!
218

Sabahın hava proqnozu açıqlandı

18

May
12:52
ÖLKƏ
240

Livan İsraili raketlə vurub

18

May
11:42
DÜNYA
205
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-05-2021 19:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru