Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Aprel

2017
13:07
`Sovet` vaxtı yüksək vəzifə tutan məmurlarla bağlı hüquqi dəyişiklik

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində katib vəzifəsində çalışan şəxslərlə bağlı qanunvericilyə dəyişiklik edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması.Siyahısı"nda dəyişiklik edilib.

Yeni dəyişikliyə əsasən, bu siyahıya Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində katib (müvafiq şəhər (rayon) komitələrindən əməkhaqqı almış) daxil edilib və onun vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
336

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
580
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 02:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru