Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Mart

2017
12:06
Azərbaycanda vəzifədən gedən eks-məmurlar niyə memuar yazmırlar...
"Nazirlərimizin ciddi yazı-pozu bacarığı yoxdur"

Dünya siyasi tarixindən məlumdur ki, bir çox siyasətçilər, məmurlar həm siyasi proseslərdəki aktiv dövrlərində, həm də karyeralarını başa vurandan sonra memuar-xatirə yazırlar.

Azərbaycanda uzun illər hansısa quruma rəhbərlik etmiş nazirlər, digər yüksək çinli məmurlar vəzifədən gedəndən sonra mütaliəyə daha çox vaxt ayırdıqlarını deyirlər. Görünür, vəzifə postunda qərarlaşan zamanlarda vaxt məhdudluğundan çox əziyyət çəkiblər.

İstisna deyil ki, hansısa məmura, ya da nazirə kreslo həvalə olundu, hər dəqiqələri bir xatirəyə çevrilir. Təbii ki, baxır hansı formalarda. Elələri var ki, vəzifə başına keçərkən şəxsi mənfəəti üzərində dövlətə və xalqa xəyanət edərək, o qədər nöqsanlara yol verir ki, onun xatirə-memuar yazmasının zərrə qədər əhəmiyyəti olmur. Elələri də var ki, vəzifə başındada ziyalılığını qoruyur, aydın təfəkkürünü xalqına xərcləyir.

Xatirə - memuar oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur. Xatirə - memuar həcmcə oçerkdən xeyli böyük də ola bilər.

Maraqlıdır, xarici ölkələrdən fərqli olaraq Azərbaycanda siyasi xadimlər, eksnazirlər, digər keçmiş məmurlar memuar yazmağa həvəsli olmurlar. Hətta belələri barmaqla sayılacaq qədər də deyil.

Halbuki, müstəqillik dönəmində Azərbaycanda o qədər təlatümlü hadisələr baş verib ki, həmin olaylardan yazılan xatirələr gələcək üçün qiymətli real tarixi material sayıla bilər.
Azərbaycanda vəzifədən gedən insanlar niyə memuar yazmaq həvəsində olmurlar?! Müstəqillik illərində xatirələrini qələmə alan hansısa nazirə, ya da məmura rast gəlməmişik.

Bunun səbəbləri nə ola bilər?

Xalq şairi, keçmiş deputat, hazırda Dünya Azərbaycanlıları Konqresinin həmsədri olan Sabir Rüstəmxanlı Modern.az-a bu mövzuda danışıb.

S.Rüstəmxanlı deyir ki, memuar janrında yazmaq heç də asan deyil.

 “Bəzi nazirlərin memuar yazması hörmət gətirməz”

“Memuar janrı o qədər də asan janr deyil ki, hər yerindən duran yazsın. Kimin başına nə gəlibsə, onu nağıl edirsə, bu ədəbiyyat deyil. Əslində, memuar-xatirə ədəbiyyatı ədəbiyyatın ən çətin janrı hesab olunur. Onun oxunaqlı olması üçün yazı bədii olmalıdır. Bədii yazı olmadıqdan sonra oturub başına gələnləri yazmaq heç kəs üçün maraqlı deyil. Digər tərəfdən də hər adamın həyatı maraqlı deyil. Nümunəvi həyat yolu keçənlər memuar yaza bilər.
Tutaq ki, filankəs neçə illər nazir işləyib. İndi onun memuar yazması nəyi dəyişəcək?!  Hansı yollarla nazirliyə gəlməsi, hansı oyunlardan keçməsi, necə pul qazanması, var-dövlət sahibi olması bəzi nazirlərin avtobioqrafiyasıdır. Təxminən bəzi nazirlərin qısa yolu belədir. Belə vəzifədə olanların memuar yazması hörmət gətirməz. Ona görə də hər kəsdən memuar yazmaq tələb olunmur”.

“Nazirlərimizin ciddi yazı-pozu bacarığı yoxdur”

Sabir Rüstəmxanlı deyir ki, bəzi vəzifədən gedənlər var ki, xatirəni özləri yazmayıb.

“Azərbaycanda həm məmurlar, həm də nazirlər arasında qeyri-adi maraqlı həyat yaşamış insanlar olub. Bəziləri indi də sağdır. Bu tip insanların xatirələri oxucu üçün maraqlı ola bilər. Təbii ki oturub memuar yaza bilsələr.
Köhnə partiya nümayəndləri vardı ki, memuar yazıblar. Əslində, həmin xatirəni özləri yazmayıb. Hansısa istedadlı qələm sahiblərinə yazdırıblar. Bizim nazirlərimizin hətta yaxından tanıdıqlarımın elə də ciddi yazı-pozu qabiliyyəti yoxdur. Yeganə yol odur ki, təqaüdə çıxandan sonra güclü qələm sahibi ilə birlikdə nəsə yaza bilərlər”.

“Ana dilini səlis bilmirlər”

“Bəs niyə bəzi vəzifədən gedənlər geniş mütaliəyə sahib olsalar da, memuar yazmır” sualını xalq şairi belə cavablandırıb.
“Bir səbəbi də odur ki memuar ədəbiyyatı zəifdir. Ziyalı, savadlı insanlar vaxtilə vəzifədə olsalar da, nədənsə yazmağa meylli deyillər. Bunun da bir səbəbi kompüterlə işləmək bacarığının olmaması, öz ana dilini səlis bilməməkdir. Hətta çoxlu dünya və yerli ədəbiyyat oxusalar da, memuar yazmağı bacarmırlar. Çünki geniş mütaliəyə malik olan insanda “mütləq bədii yazı qabiliyəti olmalıdır” düşüncəsi yanlışdır. Ona görə də yaza bilmirlər”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
336

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
580
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 03:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru