Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2017
15:14
Bakıda yeni yol - Mərkəzə doğru hərəkət rahatlaşacaq - VİDEO - SXEM

Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində şəhərin mərkəz hissəsində yeni yol salınır.

"Azəravtoyol" ASC-dən FaktXəbər-ə verilən məlumata görə, uzunluğu 1,1 km olan yol Yusif Səfərov küçəsinə paralel salınır. Sözügedən yolun inşası xüsusən günün pik saatlarında Yusif Səfərov küçəsində yaranan sıxlığın aradan qaldırılmasına hesablanıb.

Belə ki, avtonəqliyyat vasitələri sözügedən yol hazır olduqdan sonra birbaşa Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyev küçəsinə, oradan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət edə biləcəklər. Bu isə öz növbəsində Yusif Səfərov küçəsindəki hərəkət intensivliyini xeyli azaltmış olacaq.

Layihəyə uyğun olaraq hazırda yol boyu maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, buna paralel olaraq yararsız qruntun qazılaraq çıxarılması və karbonat materialı tökülərək yenidən kipləşdirilməsi, bununla da yeni yol yatağının inşası işləri həyata keçirilir.

Yolun ümumi eni 12 m olmaqla 2 hərəkət zolaqlıdır. Bura 9 m enində hərəkət hissəsi və yol boyu piyadaların təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 1,5 m enində səkilər daxildir.

Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. İşlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
660

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
847

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
659
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 02:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru