Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Yanvar

2017
16:00
İran İsraili dinləməyin yeni yolunu tapdı

FaktXəbər-in verdiyi məlumata görə, Suriyanın baş naziri Emad Xəmis İrana rəsmi səfər edib. Səfər zamanı Emad Xəmis İran prezidenti Həsən Ruhani ilə görüşüb. Görüşdən sonra iki ölkə arasında müxtəlif sahələrdə 5 əməkdaşlıq müqaviləsi imzalanıb.

İran tərəfinə Suriyada 5 min hektarlıq əkin sahəsi, Əl-Şarkiyə bölgəsindəki fosfat mədəni, neft və təbii qaz terminalları inşa etmək üzrə min hektarlıq torpaq sahəsi və GSM operatorluğuna icazə verilib.

Qeyd edək ki, İranın Suriya ərazisində mobil operatorunu istifadəyə verməsi İsrailin narahatlığına səbəb olub. İsrailin kəşfiyyat qurumlarına yaxın olan “Debka” saytı xəbər verib ki, rəsmi Tehran bu yolla Təl-Əvivi daha rahat dinləmək və kəşfiyyat məlumatlarını əldə etmək niyyətindədir. Saytın iddiasına əsasən, İranın İslam İnqilab Keşikçilər Korpusunun Dəməşqdə mobil şəbəkə üçün dirəklər yerləşdirməsi İsrail, İordaniya, Livan, Türkiyə və İraq ərazisində, o cümlədən Suriya daxilində və xaricində hadisələrə nəzarət etmək üçün böyük imkanlar yaradacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
311

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
461
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 04:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru