Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2016
10:28
Dəmir yolunda 100 ədəd yeni yoldəyişən quraşdırılacaq - FOTO

Bu ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılmasına da başlanılıb.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, yeni yoldəyişən qurğuların yığılması üçün Səngəçal istehsalat bazasının ərazisində xüsusi meydança tikilib.

 

Sağ və sol təmayüllü yoldəyişən qurğuların quraşdırılması üçün tikilən meydançanın uzunluğu 90, eni 16 metr təşkil edir. Bu meydançada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır. İlk belə yoldəyişən 9 sentyabr  2016-cı ildə quraşdırılıb. İndi sayca  6-cı  yeni yoldəyişən Heybət stansiyasında quraşdırılır. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin kollektivi həyata keçirir.

 

Qeyd edək ki, köhnə yoldəyişənlərin alt quruluş hissələri ağac şpaldan yığılıb və istismar müddətinin  az olması həm texniki, həm də maddi baxımdan əlverişli olmayıb. Yeni layihədə daha üstün və fərqli bir üsuldan istifadə olunur. Alt quruluş hissələrinin, yəni şpalların və tirlərin dəmir-betondan hazırlanması, yoldəyişənlərin yeni tərtibatda işə tətbiqi yol təsərrüfatında uzunömürlülük baxımından  dəyişmələrə səbəb olacaq.

 

Yoldəyişən qurğuların tirlərinin hazırlanması üçün Türkiyə şirkəti tərəfindən Ələt şpal zavodunda yeni sex açılıb. Tirlərin hazırlanmasında istifadə edilən bütün metal hissələr Qazaxıstan Respublikasından gətirilir. Eyni zamanda xüsusi ağırlığa malik olan yoldəyişənləri mənzil başına daşımaq üçün Rusiyadan yeni quruluşlu platforma vaqonlar,  həmçinin qurğunun qoyulması və sökülməsində istifadə edilən UKS tipli yeni kran alınıb.  Bu gün Heybət stansiyasında quraşdırılan yoldəyişən məhz həmin kranın vasitəsilə həyata keçirilir. Azərbaycan dəmir yolunda UKS tipli kran ilk dəfə istismar olunur.

 

Yaxın bir il ərzində dəmir yolunun müxtəlif mənzillərində 100 ədəd belə yoldəyişənin quraşdırılması nəzərdə tutulur. 

demir yolunda 100 eded yeni yoldeyisen qurasdirilacaq

demir yolunda 100 eded yeni yoldeyisen qurasdirilacaq

demir yolunda 100 eded yeni yoldeyisen qurasdirilacaq

demir yolunda 100 eded yeni yoldeyisen qurasdirilacaq

Məqalədə : cəbhə atəşkəs 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
680

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
867

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
664
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 03:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru