Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2016
10:15
Azərbaycanda internetin sürəti niyə zəifləyib? – SƏBƏBLƏR

Son günlər ölkədə internetin sürəti zəifləyib.

 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkədəki internetin ümumi sürətinin zəifləməsinə belə aydınlıq gətirib.

“Azərbaycanda adambaşına düşən internet sürəti həcminə görə elə də yüksək səviyyədə olan ölkələr sırasında deyil. Beynəlxalq qurumlarda  bununla bağlı statistika var.

 

Hətta, statistik hesabatlarda Azərbaycan qonşu ölkələr olan Rusiya, Qazaxıstan, Türkiyə və digər ölkələrdə internetin sürəti adambaşına 8-10-15 mbt-dir. Bizdə isə 4-5-6 mbt-dir. Bizdə geniş sürətli internet infrastruktur əsasən telefon xətti üzərindədir. Yəni EDS texnologiyadır. Geniş sürətli internet əldə etməyin bir neçə texnoloji üsulu var.

 

Biri ADSL, digəri 3G-dir. Azərbaycanda ADSL-dən istifadə daha çoxdur. Bu isə artıq köhnəlmiş texnologiya hesab olunur. Biz ADSL-lə 10 mbt istəsək də bu mümkünsüzdür. Gedib provayderlə 10 mbt müqavilə bağlasaq, internet evimizə gəlib çatmayacaq. Ona görə də gərək bizim “Fiber” xəttimiz olsun. Hazırda Azərbaycanda texnoloji infrastruktur daha sürətli və keyfiyyətli internet almağa imkan vermir”.

Ekspert internetin zəifləməsinə görə, provayderlərə də diqqət çəkib.

 

“Normal infrastrukturla internet əldə etməməyin kökündə provayderlərin məsuliyyətsizliyi durur. İkincisi də infrastrukturun özünün köhnə olmasıdır. Telefon xətti köhnə, üstəgəl, provayderin məsuliyyətsizliyi var ki, müqavilədə olan sürəti sizə göndərmək üçün gərək provayderin özü normal internet ala.

 

Məsələn provayderin 1000 müştərisi varsa, ona uyğun “Delta Telekom”dan internet almalıdırlar. Amma provayderlər “Delta Telekom”dan az alıb çox adama verirlər. Burada da çəkidə aldatma baş verir. 4 mbt əvəzinə, 3 mbt verir. Amma 4 mbt-in pulunu alır. Bu da problemin bir hissəsidir”. (Modern.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

18

May
16:56
BÖLMƏNİ DÜZ SEÇ!
320

Sabahın hava proqnozu açıqlandı

18

May
12:52
ÖLKƏ
331

Livan İsraili raketlə vurub

18

May
11:42
DÜNYA
250
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2021 06:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru