Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2016
14:21
OPEC son üç ildə 1 trln. dollar itirib

Neftin qiymətinin kəskin azalması fonunda son üç ildə OPEC ölkələrinin gəlirləri gözləniləndən 1 trln. ABŞ dolları az olub.

 

Bu barədə OPEC-in Baş katibi Məhəmməd Barkindo məlumat verib.

O, Beynəlxalq Valyuta Fondu (İMF) və Dünya Bankının Vaşinqtonda keçirilıən birgə illik toplantısında bildirib ki, 2015-ci ildə neft sənayesinə investisiyalar 26% azalıb, bu il isə proqnozlara əsasən daha 22%-lik azalma gözlənilir. OPEC katibi 2017-ci il üçün də investisiya gözləntilərinin arzu edilən səviyyədə olmayacağını qeyd edib. O, Vaşinqtondakı iclasda dünyanın əsas maliyyə qurumlarının neft bazarında sabitliyin nə zaman bərpa olunacağını bilmədiklərini xatırladıb.

Digər tərəfdən M.Barkindo dünya neft istehlakının uzun illərdir artmağa davam etdiyini və bu trendin dəyişməyəcəyini bildirib. Onun sözlərinə görə, investisiya qıtlığı müəyyən dövrdən sonra neft təklifində kəsirin yaranmasına yol açacaq, bu da öz növbəsində neft qiymətlərinin yeni tarixi rekord qiymətlərə doğru irəliləməsinə səbəb olacaq. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

18

May
16:56
BÖLMƏNİ DÜZ SEÇ!
203

Sabahın hava proqnozu açıqlandı

18

May
12:52
ÖLKƏ
233

Livan İsraili raketlə vurub

18

May
11:42
DÜNYA
205
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-05-2021 19:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru