Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Avqust

2016
14:56
Göygöldə tibb xidməti yoxdur? - AÇIQLAMA

Redaksiyamıza tibbi xidmətlə bağlı şikayət daxil olub. Belə ki, Maralgöl və Göygöl ərazisində məskunlaşan sakinlər adıçəkilən ərazilərdə tibbi xidmətin olmadığını deyiblər. Hətta, sakinlərdən birinin ürəyində problem  yaranıb. Amma, ilkin tibbi yardım göstərən həkim birqadası tapılmayıb.

 

Modern.az saytı məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, həmin ərazilərdə tibb məntəqələri var.

 

“Həm Maralgöl, həm də Göygöl ərazisində tibb məntəqəsi fəaliyyət göstərir. Həmin ərazidə yaşayan sakinlərə, eyni zamanda, əraziyə axın edən turistlərə səhhətlərində yaranan hər hansı problemlə bağlı ilkin yardım göstərilir. Sadəcə olaraq, ola bilsin ki, bəzi sakinlər həmin ərazilərdə fəaliyyət göstərən tibb məntəqəsindən  xəbərsizdirlər”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
195

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
301
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 16:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru