Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2016
11:05
Ağdaşda parlament seçkiləridir

Bu gün 90 saylı Ağdaş Seçki Dairəsində Milli Məclisə təkrar seçkilər keçirilir. Bu dairədə 40 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin sayı isə 40 min 203 nəfərdir. FaktXəbər-in "Azərtac"a istinadən verdiyi məlumata görə, Dairə Seçki Komissiyasının sədri Nurəddin Nəsibov bildirib ki, səsvermənin azad, demokratik və şəffaf keçməsindən ötrü bütün seçki məntəqələrində lazımi şərait yaradılıb. Zəruri texniki vasitələrlə, o cümlədən mürəkkəb balonları və ultrabənövşəyi lampalarla təchiz ediliblər. Seçki məntəqələrinin 10-da veb-kameralar quraşdırılıb.

Bu dairədə deputat mandatı uğrunda 7 namizəd mübarizə aparır.

Namizədlərdən 5-i bitərəfdir. Qalan iki nəfərin siyasi mənsubiyyəti var. Onlardan biri -Cavid Osmanov hakim Yeni Azərbaycan Partiyasını təmsil edir. O, YAP-ın Ağdaş rayon təşkilatının sədridir.

İkincisi isə Ümid Partiyasının sədri İqbal Ağazadədir.

Səsvermə saat 19:00-da başa çatmalıdır.

Azərbaycanda sonuncu parlament seçkiləri ötən il noyabrın 1-də keçirilmişdi. Həmin seçkidə yenə hakim Yeni Azərbaycan Partiyası böyük üstünlük qazanmışdı. 90 saylı Ağdaş Seçki Dairəsində də ilkin qalib kimi Çingiz Əsədullayev elan edilmişdi. Ancaq sonradan Mərkəzi Seçki Komissiyası (MSK) həmin dairədə nəticələri ləğv etmişdi. O vaxt mətbuat bunu Ç.Əsədullayevin işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu olması ilə izah etdi.

MSK-nın qərarında deyilirdi ki, 90 saylı Ağdaş Seçki Dairəsində 17 məntəqədə pozuntulara yol verilib.

Milli Şura və Müsavat Partiyası isə həmin seçkiləri boykot etmişdilər. Onlar Azərbaycanda bütün dairələr üzrə təkrar seçkilərin keçirilməsini istəyirlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov Türkiyəyə səfərə gedib

17

İyun
14:29
SİYASƏT
220

Sabahın hava proqnozu

17

İyun
13:24
ÖLKƏ
236

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
212

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
327
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2021 02:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru