Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Mart

2016
09:43
Vüqar Bayramov: `Qumarxanalar çirkli pulların yuyulması üçündür`

"Əminəm ki, nəinki heç bir müsəlman ölkəsində, hətta xristan dövlətində belə Hacı statuslu şəxs ölkəsində kazinoların, yəni qumarxanaların fəaliyyətini arzulamaz". FaktXəbər-in verdiyi məlumata görə bu sözləri iqtisadçı alim Vüqar Bayramov Milli Məclisdə kazinoların bərpasına çağırışa münasibət bildirərkən deyib. Onun sözlərinə görə, milyardları ölkəyə kazinolar deyil, qeyri-neft sektorunun inkişafı gətirə bilər: "Kazinolarla iqtisadiyyatı inkişaf etdirmək utopiyası artıq çox keçmişdə qaldı. Əks halda kazinolara yaşıl işıq yandıran Türk Kipri, onları qadağan edən və eyni adanı bölüşən Yunan Kiprinə nisbətən daha çox inkişaf edərdi. Azərbaycanda turizmin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilsə, kazinolar bərpa edilmədən də bu sektoru inkişaf etdirmək mümkündür".

Ekspert vurğulayıb ki, kazinoların fəaliyyətinin bərpa edilməsi "çirkli pullar"ın yuyulmasına gətirib çıxara bilər: "Xüsusən də qeyri-qanuni yollarla pul qazanmış şəxslər həmin pullar rəsmiləşdirilən zaman onu məhz kazinoda udduqlarını göstərə bilərlər. Nəzərə alsaq ki, kazinolar bir sıra ölkələrdə həm də ona görə fəaliyyət göstərir ki, qanunsuz və çirkli yollarla qazanılan pulları yumaq mümkün olsun, o zaman bunun yaradacağı əks-effektləri proqnozlaşdırmaq çətin olmazdı. O baxımdan ölkəmizdə kazinoların fəaliyyət göstərməsi turizmin inkişafından daha çox, çirkli pulların yuyulması ilə müşayiət olunacaq".

"Eyni zamanda, qiymət və keyfiyyətdə Azərbaycanın turzim xidmətlərini üstələyən Gürcüstanda kazinolar fəaliyyət göstərdiyindən, bölgədə digər ölkələrin bu sahədə rəqabət qabiliyyətliliyi aşağıdır. Belə oyunlarda maraqlı olan xarici turistin kazino oyunları üçün vizasız Gürcüstana deyil, bahalı Azərbaycana gələcəyi ağlabatan deyil" - deyə, iqtisadçı alim sözlərini yekunlaşdırıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
455

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
472

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
588

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
645
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 00:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru