Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2016
10:30
Azərbaycanlı iş adamları İran bazarına daxil olmalıdır - Vüqar Bayramov

İrana qarşı sanksiyaların ləğv edilməsi, neftinin dünya bazarına çıxarması bu ölkənin inkişafı üçün zəmin yaradacaq. Ekspertlər İranın yaxın zamanda iqtisadi gücünün artacağını proqnozlaşdırır. Bu isə azərbaycanlı iş adamlarının yatırım etməsi üçün qonşuluqda potensial bir ölkənin olması deməkdir. Necə ki, Rusiyanın inkişafda olduğu vaxtlarda bu ölkə həm azərbaycanlı iş adamları, həm də əhalinin kasıb təbəqəsi üçün bir ümid yeri idi. Rusiyadakı həmvətənlərimizin ölkəyə göndərdiyi pullar ölkəyə ciddi şəkildə valyuta axını formalaşdırmışdı. 

Bəs görəsən, Rusiya iqtisadiyyatının zəiflədiyi dövrdə iqtisadiyyatını gücləndirən İran azərbaycanlılar üçün potensial qazanc mənbəyi ola bilərmi? 

İqtisadçı ekspert Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında İranın  azərbaycanlı iş adamları üçün önəmli investisiya məkanı olacağını bildirdi: “Mən düşünmürəm ki, İran yaxın vaxtlarda potensial Rusiya rolunu oynaya bilər. Çünki İran bazarı Rusiya  ilə müqayisədə kiçikdir. Eyni zamanda İranın güclü dövlətə çevrilməsi, həmin bazarın möhkəmlənməsi üçün vaxt tələb olunur. Rusiyadan fərqli olaraq İranla Azərbaycanın istehsal etdiyi məhsullar arasında oxşarlıq var. Azərbaycan Rusiya bazarına öz aqrar məhsulları ilə çıxırdısa, İrana bu aqrar məhsulların çıxış imkanı məhduddur. Çünki İranın özünün aqrar sektoru kifayət qədər inkişaf edib və Azərbaycan fermerlərinin İran bazarına çıxış imkanı məhduddur. Azərbaycanın hazırda müqayisə edərkən üstünlüyə malik olduğu məhsullar aqrar məhsullardır. 

Bu səbəbdən biz İranı potensial Rusiya kimi görə bilməyəcəyik. Ancaq buna baxmayaraq, İran azərbaycanlı iş adamları üçün müəyyən üstünlüklərə, özəlliklərə malikdir. Əvvəla, Azərbaycan İranın bank sektoru ilə əməkdaşlığı genişləndirə bilər. Azərbaycanla İran arasında maliyyə-bank-sığorta sahəsində əməkdaşlıq mümkündür. Azərbaycan bu istiqamətdə İranla ciddi əməkdaşlıq edə bilər. Nəqliyyat sektorunda da əməkdaşlıq imkanları var. Bu da Azərbaycan iş adamlarının nəqliyyat sektorunda iştirak imkanlarının güclənməsinə səbəb ola bilər”. 

Ekspertin sözlərinə görə, hələlik yaxın zamanlarda xarici şirkətlərin İran bazarına daxil olacağı gözlənilmir: “Çünki Qərb şirkətləri İran bazarına daxil olmaq üçün müəyyən qədər gözləyəcəklər. Bu da Azərbaycan iş adamları üçün müəyyən bir üstünlükdür, onlar daha tez İran bazarında təmsil oluna biləcəklər. Qərb şirkətləri isə gözləyəcəklər ki, İranda vəziyyət necə dəyişəcək. Bu da müəyyən qədər zaman alacaq. Bu səbəbdən İranla əməkdaşlıq imkanları çoxdur. Azərbaycan iş adamları bu imkanlardan istifadə etməlidir. İranın liberallaşması həm Azərbaycanda ticarət dövriyyəsinin artmasına səbəb olacaq, həm də iş adamlarının buraya daha geniş miqyasda yatırım etməsinə gətirib çıxaracaq. İran bankları uzun müddət sanksiyaya məruz qaldığı üçün yatırıma ehtiyac var. Yeyinti sektorunda isə imkanlar məhduddur. Azərbaycanlı iş adamları innovativ şəkildə İran bazarına daxil olmalıdır. Xidmət sektoru da yatırım üçün önəmli sektorlardan biri hesab olunur”. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
450

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
472

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
583

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
640
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 00:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru