Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Avqust

2015
13:14
Bakıda idmançıları vuran avtobus sürücüsü ilə bağlı ŞOK xəbər - Çəkələklə sürürmüş

Bakıda Atletlər kəndindəki avtobus qəzasında ağır xəsarət alan avstriyalı idmançı çətin durumdadır. FaktXəbər-in anspress-ə istinadən məlumatına görə, Vanessa Şahinoviçin həyatı üçün təhlükə aradan qalxsa da, müalicəsi bitəndən sonra hərəkət qabiliyyətini tam bərpa edib-etməyəcəyi bilinmir. 

Bu arada onun valideynləri yeni mənzil axtarışındadırlar. Bunu Avstriyanın sport.at saytı yazır. “Ailə hazırda ikinci mərtəbədə yerləşən bir mənzildə yaşayır və mənzildən imtina etmək məcburiyyətindədirlər, çünki onlara əlil arabasının rahat girib-çıxa biləcəyi ev lazımdır. Lakin ailə yaşadıqları Wiener Neudorfda qalmaq istəyir. Böyük, maneəsiz və daha yaxşı bir ev inşa edilə bilər - münasib torpaq sahəsində münasib bir ev” - deyə Viener Neudorfun bələdiyə sədri Herbert Yanschka öz bloqunda insanlara müraciət edir. Bələdiyyə sədri yardım etmək istəyənlər üçün ailə ilə əlaqə vasitələrini də bloqunda qeyd edir. 

Məqalədə deyilir ki, avstriyalı idmançı Bakıdakı Avropa Oyunlarına sinxron üzgüçü kimi getmişdi və medal uğrunda mübarizə apacağını düşünürdü. Lakin hər şey əksinə oldu. O, yaşam uğrunda mübarizə aparmalı oldu. Avstriyalı həkimlər Sahinovic-in üzərində əməliyyat aparandan sonra onu süni koma vəziyyətində saxlamağa qərar vermişdilər. 

Sayt Bakıdakı avtobus qəzasını yada salaraq yazır ki, "sürücü" qaz pedalıya əyləci dəyişik salıb və ümumiyyətlə 15 yaşlı gəncin həmin qəzadan sağ çıxması möcüzədir. Onun bud və çanaq nahiyəsi, həmçinin bel sümüyü ciddi zədə alıb. İndi onun bir neçə dəfə cərrahiyə əməliyyatı olunması lazımdır.

İyunun 11-də Atletlər kəndində avtobus 3 avstriyalı idmançını vurub. Digər iki idmançının xəsarəti ağır olmayıb. Faktla bağlı cinayət işi başlanılıb. Avtobusun sürücüsü barəsində həbs qəti-imkan tədbiri seçilib, istintaq aparılır.

Avtosfer.az-ın məlumatına görə, Avtriya saytı "sürücü" qaz pedalıya əyləci dəyişik salıb» cümləsində maraqlı məqama toxunub. Əldə etdiyimiz məlumata görə, hazırda istinataq altında olan həmin sürücü avtobusu idarə edərkən ayağında çəkələk olub. Çəkələyin ilişməsi nəticəsində sürücü qazla əyləc pedalını qarışıb salıb və belə bir ağır qəzaya səbəb olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
194

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
509

Livanlı terrorçuya hökm oxundu

14

İyun
11:22
HÜQUQ,HADİSƏ
478
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 18:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru