Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Avqust

2015
15:24
Hacı Şahin Həsənli: Qadınlar üçün xüsusi çimərlik ayrılmalıdır

"Bakıda qadınların, əsasən də hicablı qadınların dənizdə yad kişilərin gözü qarşısında çimməyi şəri baxımdan düzgün deyil”.

Bu barədə tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli açıqlamasında bildirib. Onun sözlərinə görə, İslam dinində deyilir ki, müsəlman qadını naməhrəm kişinin yanında öz abrını saxlamalıdır. Naməhrəm yerlərini gizlətməlidir.

"Əgər dindar bir xanım hicablı formada dənizə girib çimirsə və onun islanmış paltarda olan naməhrəm yerləri kişilərin diqqətini çəkirsə, bu dini baxımdan günah və haramdır. Ümumiyyətlə qadınla kişinin birgə dənizdə çimməsi günahdır”, - deyə Hacı Şahin həsənli bildirib.

Tanınmış ilahiyyatçı deyir ki, dinə görə, hicablı qadının dəniz kənarına getməsi günah deyil. Lakin nəzərə alsaq ki, orada çılpaq kişilər var, onda bu bəyənilmir: "Bu baxımdan Bakıdakı çimərliklərin heç birində hicablı xanımları rahat istirahət edə bilməzlər. Yaxşı olardı ki, qadınlar üçün xüsusi ərazilər ayrılsın. Həmin çimərliklərdə hicablı qadınlar istirahət edə bilərlər”.

Hacı Şahin Həsənli bir çox müsəlman ölkələrindəki çimərliklərdə qadınlar üçün xüsusi yerlərin ayrıldığını bildiridi: "Ərəb ölkələrində və qardaş Türkiyədə belə bir çimərlik var. Orada yalnız qadınlar olurlar. Xanımlar özlərilə azyaşlı oğlan uşaqlarını da apara bilərlər. Bakıda da belə çimərliklər olsa, onda hicablı xanımlar rahat şəkildə ora gedə bilərlər”. BAKU.WS

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
270

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
480

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
469
Şərhlər
Xamaya Qayasi. tərəfindən 05-08-2015 17:23:59 tarixində yazıldı
Hacı Şahin Həsənli:Qadınlar üçün xüsusi çimərlik ayrılmalıdır.
Çox dəyərli və bəyənilərək həyata keçirilməsi vacib olan təklifdir və arzu edərdik ki,belə çimərliklərin infrastrukturda yalnız və yalnız yüksək səviyyəli,əxlaqi cəhətdən mükkəmməl olan qadınlar təmsil olunsunlar və eyni zamanda mühafizəçilər,xilasedicilər,həkimlər, marşrut sürücüləri də xanımlar olunsunlar.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-05-2021 17:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru