Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyun

2015
16:38
Məkkə və Mədinəni partlatmaq üçün hazırlanan bomba oyunu

Xatırladım ki, aktual hadisələrin araşdırmasında onların sona çatmasını və hər bir detalının işıqlanmasını gözləmə adətim yoxdur. Vacib, xüsusən də dramatik xəbərlər və versiyalarla oxucularımla dərhal bölüşürəm, düzəlişlər isə vəziyyət aydınlaşanda edirəm.

Lenqli hadisələri barədə məqaləni informasiyası olan insanların danışıqlarından parçalar toplayaraq yazmışam. 

Əvvəlcə bu məlumatlar hadisələrin ağlasığmazlığına görə, əsaslı inamsızlıq yaratmışdı, lakin federal agentliklərdən birində mənim materiallarıma əsaslanmış xəbər getdikdən sonra hər şey dəyişdi.

Mənim köhnə qaynaqlarıma oxucular arasından da könüllülər daxil oldu. Onların yardımı ilə hadisələri daha geniş izləmə imkanım oldu. Artıq bu dram başa çatıb. Nəticədə bir az boş vaxtım oldu, bu da mənə qeydlərimi müəyyən qaydada səliqəyə salmağıma imkan verdi.

İndi sıra ilə başlayaq. Oxucuların bu hadisələrin əslini necə təsəvvür etdiyim, MKİ-nin bu işdə maraqları və sair məsələlərdə çoxsaylı suallarına cavab verəcəm. 

MKİ-nin bu işdə heç bir marağı yox idi. MKİ-nin ümumiyyətdə heç bir marağı yoxdur və ola bilməz. Onlar direktor vasitəsilə ilə hökumət, yaxud Vanqard tərəfindən qoyulan tapşırıqları yerinə yetirirlər.

Ayrı-ayrı əməkdaşlar, yaxud əməkdaşlar qrupu öz maraqları üçün hələ «sola» da işləyirlər.

İŞİD-in dünya bazarında «qanlı nefti» ilə ticarət edən Vanqard bunun uzun müddət davam edə bilməyəcəyini anlayır və ifşa olunmaqdan qorxur. Onların ağlına gəlir ki, iki «dovşan» öldürsünlər: öz biznes ortaqlarını partlatsınlar, yəni təhlükəli şahid ola biləcək İŞİD rəhbərlərini. 

Vanqard - çoxprofilli təşkilatdır. Onları üçün fərqi yoxdur haradan qazanırlar: neftdən, ya qəzanın nəticələrini aradan qaldırmaqdan, yaxud yoluxmuş zonaları təmizləməkdən və sair. Hər zaman müşahidə etdiyimz kimi, onların qərarlarında əsas rolu sənaye və strateji maraqlar deyil, mühasib balansı oynayır.

Mənə məlumdur ki, İŞİD-in rəhbərliyi altında nə qədər insan birbaşa Vanqardda (yaxud nəzarətində olan neft korporasiyalarında) menecerlərlə əlaqə saxlayır, bir kənddə toplaşır və sair. Hesab edirəm ki, əməliyyat planlayanlar bu detalları bilirdilər.

Sursatlar ordu standartına uyğun deyil və Vanqard tərəfindən təqdim olunmuş komponentlərdən yığılıb (ehtimal ki, Mosul Universitetində MKİ tərəfindən İŞİD-ə verilən bölünə bilən materialların istifadəsi ilə hazırlananlardır; bu barədə təkcə mən yox, dünyanın ən nəhəng KİV-ləri də öz dövründə məlumat vermişdilər), demək olar ki, Vanqard bomba hazırlamağa yardım etdiyi üçün İŞİD-dən neft ala bilərdi.

Beləliklə, Vanqard MKİ-dəki öz adamlarına partlayışda İŞİD-i təqsirləndirə biləcək bomba «hədiyyə etmə», həmçinin İraqda kütləvi qırğın silahının olduğunu «sübut etmək» (hansı ki, «təsadüf» nəticəsində tapılmamışdı) imkanı qazanır.

Axı partlayışdan sonra məlum olacaqdı ki, Amerika deyil, İraq istehsalı olan qurğulardan istifadə olunub. İŞİD-də «xəlifə»yə lazım olanları təsdiqləyəcək Səddam Hüseynin sabiq generalları xidmət edir.

İstisna deyil ki, xəlifə İbrahim bombanı aldıqdan sonra Səudiyyə Ərəbistanın ünvanına hədələrlə çıxış etmək istəyirdi və başqa yerdə həyata keçiriləcək partlayışı krallıq liderlərinə öz ölkələrini, əsasən də müqəddəs yerləri və şəxsən özlərini xilas etmək əməliyyatları xüsusiyyətində satmaq niyyətində idilər. Xüsusən də bomba bir nüsxədə hazırlanmışsa.

Xəlifə İbrahim artıq ictimaiyyətə Məkkə və Mədinənin məhv edəcəyinə vəd vermişdi. Bu məsələdə «qiymət» artıq məlumdur. Beləliklə, bu əməliyyatda potensial gəlir mənbələri bir neçə idi ki, bu da Vanqard kompaniyasının adi planlaşdırması ilə uyğunluq təşkil edirdi.

Vəziyyət yanvarın 3-cü dekadasından sonra gərginləşdi. O zaman xüsusi xidmətin inanılan və təcrübəli əməkdaşlarına, MKİ-nin Milli Məxfi Xidmətinin (NCS) xüsusi fəaliyyət bölməsindən (SAD) Conatan Talabani və NCS-in tərkibində Antiterror Mərkəz/Xüsusi Əməliyyatlar (CTC/SO) bölməsindən Cozef Kuftaroya İraqda xüsusi əməliyyatda istilik nüvə silahından (hidrogen bombaları) istifadə barədə əmr verildikdə, hər ikisi nə isə baş verdiyini anladılar.

Kuftaro və Talabani ikinci nəsil amerikalılardır və ABŞ-ın ən sadiq patriotlarıdır.

Conatan Talabani Dəniz Xüsusi Çevik Döyüş qrupundan (NSWDG) Milli Məxfi Xidmətin Xüsusi Fəaliyyət bölməsinə gəldi. İnsanlar vətənləri deyil, özləri barədə düşünərkən belə ağır yükün altına girmir. Cozef Kuftaro CTC/SO-da xidmət edirdi: O da çörək doğramırdı. Heç kim güclə ora onları göndərməyib.

Hər ikisinin psixikası yerindədir.

Narahat, lakin qanuna xidmət edən dövlət qulluqçuları kimi onlar güvənmədikləri bütün rəhbərliyi qanuni yolla adlayaraq Ağ Evə müraciət etdilər. Əgər dövlət tərəfindən dəstəklənsəydi məhz buradan hidrogen bombası barədə əmr verilməli idi.

Məmurlar eşitdikləri xəbərdən özlərinə gəldikdən sonra MKİ rəhbərindən izahat tələb edirlər. Nəticədə isə direktor Con Bernar ilə Milli Məxfi Xidmətin rəhbəri Frenk Arçibald arasında sövdələşmə olur: Frenk şərəfli istefaya, Con isə ucqar bir yerə getməlidir.

Milli Təlükəsizlik Xidmətinin rəhbərini öldürmək olar, ancaq ehtiramsız qovmaq olmaz. O, varlı insan deyil, təqaüdsüz qalarsa inciyə bilər və qərara gələr ki, «tək oturmamalıdır». İŞİD rəhbərliyində əlbir olduğu insanlardan lazımsız şahid kimi qurtulmaq və bundan qazanmaq istəyən Vanqard Qrupu kompaniyasının İraq əməliyyatının sifarişçiləri üçün vacib idi ki, heç bir dəstəyi əsirgənməyən, Ceyms Klepper, Cozef Klensi və Barak Obamaya Arçibaldın «özünüidarə» davranışlarından anlayışı belə olmadığına söz verən Brennarı nəyin bahasına olursa-olsun yerində saxlamaq idi.

Əlbəttə, ona heç kim inanmadı, ancaq mübahisə də olmadı. Bundan əvvəl Obama iki dəfə MKİ direktoruna istefa təklif etmişdi, lakin o, həmişə imtina etmişdi, bu dəfə də razı olacağına heç bir əsas yox idi. Onu da öldürmək olar, ancaq qovmaq olmaz. Çünki o da inciyə bilər və xüsusilə də Bernar «tək oturmayacaq».

Bunun üçün kreativ həll yolu tapılır. MKİ-də struktur dəyişikliyi edilir. Bu bəhanə altında Brennarın (yaxud Vanqardın, kim necə istəyirsə, elə də adlandıra bilər) adamlarında yerdəyişmə olacaq. Arçibaldın yerinə Kabilin sabiq rezidentini (bu artıq başqa bir mahnıdır) təyin edəcəklər, o da direktora nəzarət edəcək. 

Lakin MKİ direktorunun rolu barədə gözəl bilən və bundan narahat olan agentlər, bu pərdəaltı kombinasiyanı anlamayaraq, düşündülər ki, xəbərdarlıqları heç bir nəticə verməyib. Onlar öz gözləri ilə gördükləri hadisələri belə analiz etdilər: Bürokratik siçan oyunu baş verir, lakin onların qaldırdıqları məsələ ilə bağlı heç bir tədbir görülməyib.

Əməliyyatın təqvim planı ilə Kuftaro və Talabani əvvəlcədən tanış idilər. «X» saatı artıq yaxınlaşırdı, onlara isə heç nə deyilmirdi. Rəhbərlik öz apparat oyunlarında agentlərin açdıqları problemi unutmuşdular.

Silahlı Qüvvələrə aid olmayan hidrogen bombasının daşınması – mürəkkəb bürokratik məsələdir. Xüsusən də bu qədər qurumlar işə salınıb və bununla belə tam məxfilik qorunmalıdır. Onu hara aparsan da izah etməlisən, haradan gəlib, nə ilə yeyilir, hansı qrafiklə qəbul edilməlidir. Həmçinin harada zəmanət var ki, əldə partlamayacaq, yaxud istifadəyə yararlıdır, çünki utilizasiya məhsuludur.

Digər tərəfdən, hətta təhlükəsiz və istifadəyə yararlıdırsa hanı rəhbərliyin saxlama şəraiti, xidməti və istifadə qaydası barədə təsdiqi? Xaricdən elektronika ilə təchiz olunmuş bu çəllək ümumiyyətlə nədir? Nə nüvə başlığı, nə aviabomba və nə də nüvə çantasıdır. 

Beləliklə bomba Lenqlidə qaldı. Bu da Kuftaro ilə Talabaninin əməliyyatın ləğv olunmadığı barədə şübhələrinin artmasına səbəb oldu.

Agentlərin öz tarixi vətənlərində həmvətənlərinin taleyi və ağılsız planın həyata keçəcəyi təqdirdə, ABŞ-ın beynəlxalq prestiji barədə narahatlıqları artırdı. Vaxt yaxınlaşdıqca isə döyüşçülər (baş qarışıqlıqda heç kəsin onların ləğv olunduğu barədə xəbərdar etmədikləri) planın dayandırılması barədə özlərinin əməliyyatlarına başlamaq qərarına gəldilər. İstisna deyil ki, ağıllı qərar vermək üçün onlar sadəcə rəhbərliyi qorxutmaq istəyirdi və bunu bacardılar.

Lenqlidə nələrinsə baş verdiyi barədə ilk məlumatlar 14 fevral 2015-də gəldi. O zaman dedilər ki, MKİ-nin Mənzil Qərargahının ərazisinə giriş (və çıxış) pilotsuz təyyarələrin yardımı ilə baş verən qətliamlara qarşı bağlanılıb (http://dcindymedia.org/node/521).

2012-ci ilin noyabrından ayda bir dəfə Lenqli yolları nümayişlərə görə 3-4 saat bağlanmışdı. Görünür bu tədbirlə Məxfi Xidmətin yoxlanılması və «sıraların təmizlənməsinə» başlanılmışdı. Bu müddət ərzində əməkdaşlara kəşfiyyat mərkəzinin ərazisini tərk etmək qadağan olunmuşdu.

Yayılmış söz-söhbəti etibarsız etmək üçün fevralın 19-da daha bir cəhd edildi. Proqramda (http://www.blogtalkradio.com/drakebailey/2015/02/19/wednesday-update-show) (44-cü dəqiqədən etibarən) professional aktyor bu hadisənin absurd dərəcədə şişirtmə versiyasını danışaraq, öz uydurması kimi təqdim edir və vaxtaşırı da öz-özünə gülür.

Bu və ya digər şəkildə hər şey sakitlə baş verir, əlbəttə Rusiyanın susması müqabilində bir sıra imkanlar qazanan Borntnikovun səfərini saymasaq. Hətta bu məsələdə belə, qarşılıqlı anlaşma əldə olunub.

Agentlər Conatan Talabani və Cozef Kuftaro təhlükəsiz yerə – Kvantikoda dəniz piyadaları bazasında FBR Akademiyasının ərazisinə köçürülüblər.

Milli Məxfi Xidmətin direktoru Frenk Arçibald «MKİ-də fərqlənən karyerasından» sonra öz istefasını elan edir. Mətbuat onun Serbiya prezidenti Slobodan Miloşeviçin devrilməsindəki rolunu xatırlayır və istefanı MKİ-dəki qarşıdurmalar, həmçinin işgəncələrlə bağlı dərcləri ilə tanıyırlar.

Bu qarşıdurmaların əslinin nə təşkil etdiyini isə biz izləməyə davam edəcəyik. İstisna deyil ki, bütün bu oyunlar Arçibald tərəfindən Xarkovda təşkil olunmuş provokasiyaların iflası ilə nətcələndi

Bu gün MKİ rəsmi şəkildə «planlı» struktur dəyişikliyi barədə məlumat verir. Lakin pərdə arxasında baş verənlər isə odur ki, islahatlarda əsas hədəf Vanqardın adamlarının bu təşkilatın əsas mövqelərdən sıxışdırmaq, həmçinin Milli Məxfi Xidmətin direktorluğunu özünəməxsus rolu ilə nəzarətə götürmüş Brennara vermək.

Mərkəzi Kəşfiyyatın sabiq direktor və MKİ-nin rəhbəri Corc Tenet öz kitabında Milli Məxfi Xidmətin direktorunu «Qreq V.» kimi tanıdır. 

Tatyana Volkova / araşdırmaçı jurnalist

Tərcümə FaktXeber.com

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xəzərdə zəlzələ baş verib

19

Fevral
17:44
ÖLKƏ
243

Xarici valyutaların manata qarşı məzənnələri

19

Fevral
17:31
İQTİSADİYYAT
244

Paytaxtın bu hissəsində su olmayacaq

19

Fevral
17:10
ÖLKƏ
379

"Azərişıq" 5 min manat cərimə edildi

19

Fevral
16:55
ÖLKƏ
298

Bakı-Qazax yolunda raket tapılıb

19

Fevral
15:17
HƏRB
309

Beyin əməliyyatında skripka çaldı

19

Fevral
14:33
DÜNYA
342

Sabaha olan hava proqnozu açıqlanıb

19

Fevral
13:15
ÖLKƏ
360

Tanınmış bəstəkara BDU-da vəzifə verildi

19

Fevral
13:00
ELM / TƏHSİL
392
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2020 08:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru