Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyun

2015
12:06
Bakıda narkotik tərkibli dərman istəyən şəxs aptek işçisini baltaladı

Bakıda aptek işçisinə hücüm edilib. Hüquq-mühafizə orqanlarından "Report"a verilən məlumata görə, hadisə Sabunçu rayonu, Mehdiabad qəsəbəsi, "Yeni məhəllə" ərazisində qeydə alınıb.

Belə ki, Davud Vəliyevin işlədiyi aptekə müştəri gəlib. Həmin müştəri satıcıdan psixotrop və narkotik tərkibli dərmanlar istəyib. Satıcı isə həmin dərmanların  yalnız həkimin göstərişi olan reseptlə satıldığını bildirib. Mübahisə zamanı müştəri özü ilə gətirdiyi balta ilə satıcı D.Vəliyevə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 15-ci Polis Bölməsinin (PB) əməkdaşları əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
1186
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 08:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru