Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2015
16:16
Martın 5-də 4 kq narkotiklə tutulan məmur ayın 6-da işdən çıxarılıbmış

Dövlət Sərhəd Xidməti (DSX) narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd edən qrupu ifşa edib.

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, martın 5-də saat 24:00 radələrində Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində xidmətin əməkdaşları qaçaqmalçılıq yolu dövlət sərhədindən narkotik maddələri keçirən Salyan rayon sakinləri Hüseynov Rövşən Balaqardaş oğlunu və Mirzəyev Təlatun Abdul oğlunu “Mercedes” markalı 99 NN 353 nömrə nişanlı avtomobillə saxlayıblar.

Xidmət əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq gözyaşardıcı qazdan istifadə etməklə hadisə yerindən qaçmağa cəhd göstərən şəxslər sərhədçilər tərəfindən yaxalanıblar.

Saxlanılmış şəxslərin üzərinə baxış keçirilərkən 4 kiloqram tiryək, 4 ədəd mobil telefon, 1 ədəd gözyaşardıcı qaz balonu aşkar edilərək götürülüb. 

Faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 318 (dövlət sərhədini qanunsuz keçmə), 206 (qaçaqmalçılıq), 234 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb, həmin cinayətin iştirakçılarına qeyd olunan maddələrlə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Cinayəti törətmiş digər iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. 

Virtualaz.org saytı həbs edilənlərdən biri haqda sensasion məlumatlar əldə edib.

Belə ki, Salyan rayonunun Kürqaraqaşlı kənd sakini olan 1968-ci il təvəllüdlü Rövşən Balaqardaş oğlu Hüseynov Kənd Təsərrüfatı Naziriliyi “Aqrolizinq” ASC-nin Salyan filialının rəhbəri işləyib. Maraqlıdır ki, martın 5-də həbs edilən R.Hüseynov bundan bir gün sonra - martın 6-da işdən çıxarılıb.

Qeyd edək ki, kənd təsərrüfatı nazir Heydər Əsədov həmin gün - martın 6-da “Aqrolizinq”in 2014-cü ildəki fəaliyyətinə həsr olunmuş müşavirə keçirib. Nazir fəaliyyətində nöqsanlara yol verən bir neçə əməkdaşı cəzalandırıb. ASC-nin aqrotexniki xidmət və təchizatın təşkili şöbəsinin müdiri və 8 rayonun aqroservis filiallarının rəhbəri tutduğu vəzifədən azad olunub. Vəzifədən azad edilən 8 filial rəhbərləindən biri də R.Hüseynov olub. Amma R.Hüseynov işdən azad olunduğu həmin müşavirədə iştirak etməyib. Çünki bu zaman artıq həbsdə olub. Ona görə də nazir onu işdən, necə deyərlər, qiyabi şəkildə çıxarıb.

Onu da qeyd edək ki, Rövşən Hüseynov “Aqrolizinq”dəki işindən əvvəl dugər vəzifədə çalışıb. O, uzun illər Kürqaraqaşlı kənd bələdiyyəsinin sədri olub.

Xatırladaq ki, R.Hüseynov barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, hazırda Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.

R.Hüseynovla bərabər saxlanılan digər şəxsə Təlatun Mirzəyevə gəlincə isə o da rayonda vəzifə sahibi olub. 2004-2005-ci illərdə “Azərpoçt” İstehsalat Birliyinin Salyan rayon şöbəsinin müdiri olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
419

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
357

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
380

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
368

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
498

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
481

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
474

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
552
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 06:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru