Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Fevral

2015
15:07
İsveçrə bankının gizli hesabları internetə sızdı - azərbaycanlılar da var

İsveçrədə dünyanın ən böyük ikinci bankındakı gizli hesablar internetə sızıb. Aralarından azərbaycanlı müştərilərin da olduğu bir çox ölkənin İsveçrədəki HSBC bankına aid gizli məlumatlar "SwissLeaks" adı ilə internetdə yayılıb. 

Söhbət dünyanın 203 ölkəsindən olan 106,000 müştərinin 100 milyard dollarlıq sərvətindən gedir. Swissleaks ümumilikdə Avropanın 140 ölkəsindən olan 40 jurnalistin birgə əməyinin nəticəsidir. 

Bu “sızıntı” beynəlxalq maliyyə tarixinin ən qalmaqallı hadisəsi hesab edilir. Gizli məlumatların gün işığına çıxması ilə HSBC bankının fırıldaqçıların, terrorçular və quldurlara yardım etdiyi və ümumi dəyəri 120 milyard dollarla ölçülən çirkli pulların yuyulması əməliyyatı həyata keçirdiyi ortaya çıxıb. Bankın vergi və qaçaqmalçılıq işlərinə yardım etdiyi şəxslər arasında dünya miqyasında tanınan cinayətkarlar, korrupsiyada ittiham olunan siyasətçilər və iş adamları, eyni zamanda dünya siyasətçiləri, aktrisalar, idmançılar da yer alır. 

Ən maraqlı adlar sırasında isə İnterpolun ən çox axtarılanlar siyahısına düşən məşhur almaz qaçaqçısı Mozeh Victor Koneg və Kenneth Lee Akselrodun da bu bankda hesablarının olmasıdır. 2006-cı ilə qədər isə bankda Usama Ben Ladeni maliyyələşdirən Səudiyyə Ərəbistanı biznesmeninin hesabı olub.

Sızdırılan məlumatlar arasında həmçinin məşhur futbolçu Diego Forlan, Formula 1-in əfsanəsi Michael Schumacher, İordaniya kralı 2-ci Abdulla, məşhur model MacPherson kimi adlar var. 

Azərbaycan bu ölkələr arasında 167-ci yerdə sıralanıb və 14 nəfər müştərinin ümumi bank hesabı təxminən 3,8 milyon dollar təşkil edib. Həmin şəxslər arasında ən çox pul hesabı isə 1,6 milyon dollara sahib müştəridir. Azərbaycanla əlaqələri olan həmin şəxslərdən 21%-nin bu ölkəyə məxsus pasportu və vətəndaşlığı olduğu göstərilir. Hesabların əsasən, 1994-2006-cı illərdə açıldığı qeyd edilir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
60

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
170

Neft yenidən ucuzlaşıb

17

İyun
09:35
İQTİSADİYYAT
246

AMB-nin valyuta məzənnələri

17

İyun
09:13
İQTİSADİYYAT
450

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
392

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
349

UEFA prezidenti Bakıda

16

İyun
16:19
İDMAN
357
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 12:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru