Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2015
17:18
Erməni ailə narkotik satırmış, Permyakov isə onların müştərisi imiş

Gümrüdə 7 erməninin Rusiya hərbçisi Valeri Permyakov tərəfindən qətlə yetirilməsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.  “Vesti.az” saytının məlumatına görə, Ermənistanın "Aravot.am" nəşrinin əməkdaşları hadisənin baş verdiyi məhəllədə olub və jurnalist araşdırması aparıblar. Avetisyanların yaşadığı küçənin sakinləri bildirib ki, 7 nəfəri öldürən rus hərbçisi Gümrünün xəritəsini mükəmməl bilib, xüsusilə qətli törətdiyi küçəni ovcunun içi kimi tanıyıb. Bunu sübut edən faktlardan biri odur ki, hadisə yerinin yaxınlığında "Karo" mağazası fəaliyyət göstərir və həmin mağazada 24 saat çəkiliş aparan təhlükəsizlik kameraları quraşdırılıb. Lakin kamera görüntülərində Permyakovun həmin küçədən keçməsi barədə kadrlara rast gəlinməyib. Ehtimallara görə, rus hərbçi mağazada kamera quraşdırılmasından xəbərdar olub, bu səbəbə görə, mağazaya çatanda sola dönərək arxa məhəlləyə keçib və yalnız o bölgəni yaxşı tanıyan insanların bildiyi gizli döngələrlə Avetisyanların evinə gedib. Onun cinayət törətdikdən sonra da kameraya düşməmək üçün həmin yolla geri qayıtdığı güman olunur. Maraqlıdır ki, cinayətdən sonra əraziyə gətirilən itlər Permyakovun izini məhz mağazanın yanında itiriblər. Bu səbəbdən belə bir ehtimal var ki, ya Permyakovu mağazanın yanında kimsə gözləyib, ya da o, sadəcə taksiyə oturaraq aradan çıxıb. Bu nüanslar rus hərbçinin Avetisyanların evinə təsadüfən gəlmədiyini, əksinə o evə yaxşı bələd olduğunu göstərir.

Həm Ermənistan, həm Rusiya tərəfi hadisə ilə bağlı daha bir məqam məqamın üstündən sükutla keçməkdədir. Yerli sakinlərin dediyinə görə, Avetisyan ailəsi narkotik ticarəti ilə məşğul olub. Ümumiyyətlə, Ermənistanda baş alıb gedən işsizlik insanları qanunsuz yollarla qazanc əldə etməyə məcbur edir. Qətlə yetirilən ailənin "müştəri"si isə yalnız Valeri Permyakov olmayıb. Ehtimallara görə, rus hərbçisi ya şəxsi istifadə üçün narkotik almaq məqsədilə Avetisyanların evinə gəlib, ya da bura həmin məqsədlə kimlər tərəfindənsə göndərilib. Qonşular bildirir ki, "su içmək" ifadəsi yerli jarqonda "narkotik almaq" anlamı daşıyır və bu ifadə  narkotacirlər ilə alıcılar arasında parol kimi istifadə olunur. Xatırladaq ki, Permyakov həbs olunan gün istintaqa verdiyi ilkin ifadədə Avetisyanların qapısını döyüb su içmək istədiyini demişdi. Lakin nədənsə Ermənistan mətbuatı hər küçədə, o cümlədən qətlin törədildiyi Myasnikyan küçəsində bir neçə su kranı və bulağın olması faktının üzərindən sükutla keçir, küçədə su içmək imkanı olduğu halda Permyakovun niyə Avetisyanların evinə su içmək üçün girdiyini açıqlamır. Bu paradoks rus hərbçinin Avetisyanlar ailəsi ilə əvvəldən tanış olduğu və evə başqa məqsədlə gəldiyi ehtimalını artırır. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
362

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
325

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
301

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
330

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
302

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
432

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
431

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
414

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
487
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 21:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru