Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2015
12:15
Ötən ilin mistik sirləri - FOTO-VİDEO

2014-cü il, ondan əvvəlki illərdə olduğu kimi  bir sıra  açılmayan sirlər və mistik hadisələrlə yadda qaldı. Bunların bəzilərində  ekspertlər  cavab tapmağa yaxınlaşır, digərlərində isə həqiqətdən getdikcə ucaqlaşırlar. FaktXəbər olaraq ötən il dünyada baş verən və bu günə qədər cavabı tapılmayan ən mistik hadisələrin siyahısını təqdim edirik.

370 reysi Malaysia Airlines

Martın 8-də Kuala-Lumpurdan (Malaziya) Pekinə (ÇXR) edən Boeing 777-200ER təyyarəsi yoxa çıxıb. Hava mülayim olub və təyyarə radarlardan itənə qədər pilotlardan həyəcan siqnalı gəlməyib. Genişmiqyaslı  axtarış əməliyyatının aparılmasına baxmayaraq, Boening 777 bu günə qədər tapılmayıb. Artıq 1 ilə yaxın müddət keçməsinə baxmayaraq təyyarə barədə kiçik informasiya belə yoxdur. Göyərtədə olan 12 heyət üzvü və 227 sərnişin ölmüş hesab olunurlar.

Sibirdə nəhəng dəliklər

FaktXəbər-in məlumatına görə, Sibirin Yamal yarımadasında 35 metrlik dəlik aşkarlanıb. Bundan sonra Rusiyanın şimalında daha bir neçə yerdə oxşar hadisələr baş verdi. Ehtimal olunur ki, bu yerlatı qaz partlayışları nəticəsində meydana gəlib. Ancaq bunlar fərziyələrdir və elm adamları hələ də hadisənin dəqiq səbəbini bilmirlər.

«Sony Pictures» saytının dağıdılması

«Sony Pictures» saytlarının dağılması və kompaniyanın məxfi  məlumatlarının açıqlanmasından sonra hələ də özünə gələ bilmir. MKİ cxinayətdə Şimali Koreyanı məsul bilir. Onlar hesab edir ki, bu addım Şimali Korey lideri haqqında çəkdiyi «İntervyu» filminə cavab olaraq atılıb. Ancaq hələ də haker hücumunda əsl təqsirkarlar tapılmayıb.

Meksikada 43 tələbənin itməsi

Ötən ilin sentyabr ayında təhsil islahatlarına etiraz zamanı 43 tələbə həbs olunduqdan sonra yoxa çıxdı. Onların polis maşınına əyləşdirildiyi bilinir. Lakin bundan sonrası məlum deyil. Ehtimal olunur ki, bundan sonra gənclər yerli narkokartelə təhvil verilib. Onlar da öldürüblər. Faciə ilə əlaqədar, şəhər meri, onun arvadı və yerli polis idarəsinin rəisi də daxil olmaqla 80 nəfər həbs olunub. Bununla belə, gənclərin öldüsündən və ya dirsindən xəbər yoxdur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
430

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
509

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
413
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 19:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru