Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Yanvar

2015
10:11
Əbiyevlərin Çexiyadakı mülkləri haqda şok fakt - FOTO

Sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Çexiya vətəndaşı olması ciddi rezonans doğurub. Axar.az-ın yaydığı bu xəbər sürətlə portallarında tirajlandı, sosial şəbəkələrdə müzakirəyə çıxarıldı və iki gündür ki, müxtəlif fikirlər irəli sürülür.

***

Keçmiş hərbi nazirin belə qısa zamanda hansı yolla Avropa ölkəsinin vətəndaşlığını əldə etməsi isə ən açıq suallardan biri kim qalır. Lakin gələn xəbərlərdə S.Əbiyevin lap əvvəldən bu ölkə ilə əlaqələrinin olduğu, tez-tez Praqaya gedib-gəldiyi, hətta Çexiyada mal-mülkə sahibləndiyi, biznesini inkişaf etdirdiyi iddia edilir.

Hətta mətbuatda bir müddət əvvəl yayılan məlumatda sabiq nazirin Karlovı-Varı bölgəsində malikanəsi olduğu, o cümlədən bu ölkədə cərahiyyə əməliyyatı olunduğu yazılmışdı.

S.Əbiyevin nazir postundan kənarlaşdırılandan sonra bu ölkəyə daha intensiv səfər etdiyi bildirilir. Bu mənada çex vətəndaşlığını alması bu ölkənin rəsmiləri ilə sıx təmaslardan sonra hər halda çətin olmamalıdır. Eyni zamanda, sabiq nazirin Yeni ili Çexiyada qarşıladığını yazmağımız da Əbiyevlərə yaxın qaynaqlar tərəfindən təkzib edilmir.

***

Axar.az-la adının hallanmasını istəməyən, S.Əbiyevə yaxınlığı ilə tanınan yüksək rütbəli zabit əlaqə saxlayıb. Zabitin verdiyi məlumata görə, eks-nazir həqiqətən Çexiyadadır, orada istirahət edir və Yeni ili bu ölkədə qarşılayıb. Bununla belə, o, Əbiyevin Çexiya vətəndaşı olduğunu təkzib edib və əlavə edib ki, onun bu ölkədə heç bir mülkü yoxdur.

Zabitin son qeydlərini alt-üst edən fakt isə keçmiş ordu rəhbərinin oğlu Murad Əbiyevin adına Çexiyada mülk olması faktıdır (Sənədlə BURADA tanış ola bilərsiniz)

S.Əbiyev haqda yayılan xəbərlərin müzakirəsi fonunda redaksiyamıza bir başqa qaynaqdan göndərilən sənədin skrinşotunda Murad Əbiyevin Çexiyada malikanəsi olduğu göstərilir. Sənədin Praqa Bələdiyyə Məhkəməsi tərəfindən verildiyi qeyd edilib.

Çex saytlarında çıxan məlumatlarda isə Dilarə, İana, Ruslan və Murad Əbiyevlərin adına daşınmaz əmlak çıxır. Eks-nazirin həyat yoldaşının daha əvvəldən Çexiya vətəndaşı olması haqda xəbərlərin yayılması da bu iddiaları gücləndirir.

***

Xüsusilə vurğulayaq ki, Səfər Əbiyev Milli Ordunun sərəncamda olan generalıdır və uzun müddət nazir vəzifəsi daşıyan şəxs olaraq onun ölkəni tərk etməsi və yaxud hansısa ölkənin vətəndaşlığını alması qəti qadağandır. Çünki o, dövlətimiz üçün önəmli olan sirlərə sahib ola bilər və generalın ölkədən getməsi həmçinin onun özünün təhlükəsizliyini ciddi şəkildə təhdid edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
430

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
504

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
413
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 18:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru