Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2014
13:09
Avtobus sürücüsünün özbaşınalığı bir nəfəri xəstəxanalıq etdi - FOTO

Dünən Bakı şəhərində növbəti avtobus qəzası baş verib. FaktXəbər-in məlumatına görə, hadisə 199 saylı marşrut üzrə hərəkətdə olan 10 TG 486 və 10 TG 722 dövlət nömrə nişanlı avtobuslar arasında baş verib. Pəncərə qarşısında oturan əməkdaşımızın bildirdiyinə görə, 10 TG 722 nömrə nişanlı avtobus 3-cü mikrorayon dairəsindən metronun "20 Yanvar" dairəsinə gedən yolda sağ tərəfdən 10 TG 486 nömrə nişanlı avtobusu sıxmağa başlayıb və bilərəkdən avtobusu çəkərək onun şüşəsini sındırıb. Hadisə nəticəsində pəncə qarşısında oturumuş xanım əməkdaşımızın gözlərinə şüşə qırıntıları dolub.

Bu gün Zərifə Əliyeva adına Göz Klinikasına müraciət edən əməkdaşımızın gözündən həkimlər şüşə qırıntılarını çıxarıb. Ona bir müddət kompüter qarşısından uzaq duraraq, işləməmək tapşırılıb.

Hadisə ilə əlaqədar 199 saylı marşrutun sahibi Faiq müəllimlə əlaqə saxlasaq da, o xəbərsiz olduğunu bildirdi. Və bunun üçün təqdim etdiyi nömrə ilə əlaqə saxlamağımızı məsləhət bildi. 

Zəng vurduğumuz telefona cavab verən İbrahim adlı şəxs əvvəl hadisəni təkzib etsə də, sonradan 20 dəqiqəyə əlaqə saxlayacağını bildirdi. Daha sonra bizimlə əlaqə saxlayan 199 saylı marşrutun kolon rəisi faktı təsdiqlədi və bildirdi ki, hadisəyə görə 10 TG 722 avtobusu idarə edən Cəbrayıl Mikayılov adlı sürücü cəzalandırılıb və işdən çıxarılıb.

Bu cür sürücülərin işdən çıxarılması ilə problemlərin həlli isə təbii ki, mümkün deyil. Çünki bu marşrutdan çıxan sürücü gedib başqasında işə düzələcək. Problemin həlli üçün sərnişinlərin həyatını bilərəkdən təhlükəyə atan belə sürücülər barədə cinayət işinin açılaraq, məsuliyyətə cəlb olunması lazımdır.

Ümidvarıq ki, Dövlət Yol Polis idarəsi sözügedən marşrut avtobusunda sürücü işləmiş Cəbrayıl Mikayılovu törətdiyi ciddi yol-nəqliyyat hadisəsinə görə məsuliyyətə cəlb edəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
199

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
509
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 18:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru