Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2014
21:48
Hacı Şahin ölüyə verilən 300 manatdan danışdı - VİDEO

Dəfn üçün müavinət sosial sığorta üzrə ödəmələrin bir növüdür. 

Bu müavinət pensiyaçılar üçün 300, işləyən şəxslər üçün isə 120 manat məbləğində müəyyənləşdirilib.

Əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin hesablanması və ödənilməsi qaydası “Əmək pensiyaları haqqında” qanunla tənzimlənir. 

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər və eləcə də əmək pensiyaçıları vəfat etdikdə qanunvericiliklə müəyyən edilmiş şəxslərin dəfn üçün müavinət almaq hüququ var. 

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəsmisi Famil Qədimovun sözlərinə görə, vəfat edən şəxsin dəfni ölüm haqqında arayış və bələdiyyə tərəfindən verilmiş arayış əsasında həyata keçirilir. Bəzən elə hallar olur ki, ölənin yaxınları onun pensiyasını almaq üçün sui-istifadə hallarına əl atırlar, amma bu məbləğin dövlət büdcəsinə geri qaytarılması üçün işlər görülür.

Amma reallıq budur ki, bir nəfərin ölməyi onun yiyəsinə olmağından da baha başa gəlir. 300 manat dəfn müavinəti isə bu qədər xərcin heç 1/10 deyil. Bəs bu qədər məsrəf dini qayda və inanclarımıza nə dərəcədə uyğundur?

Din xadimi Hacı Şahin Həsənli deyir ki, qəbir daşlarının təmtəraqla düzəldilməsi, ehsanda yol verilən israfçılıq dəfn xərclərini artırır. Hacı Şahin bunu dini savadsızlıqla əlaqələndirdi. Amma o buna baxmayaraq müavinətlərin artmasının və bəzi yardımların edilməsinin lazımlı olduğunu bildirdi. 

Rəsmi rəqəmlərə görə, bu il Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən 37 min 788 nəfərə 11 milyon 479 min manat dəfn üçün müavinət ödənilib. Amma hökumət gələcəkdə dəfn müavinətlərinin verilməsi qaydalarını dəyişmək fikrindədir. Yeni təkliflərə görə, kim sağlığında çox işləyib dövlətə çox da sosial sığorta ödəsə, dünyasını dəyişəndə də daha çox dəfn pulu alacaq./ans

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxma sayı azalır

17

May
16:30
ÖLKƏ
154

DİN polis atasının iddialarına cavab verdi

17

May
15:13
HÜQUQ,HADİSƏ
165

"BACI DÖVLƏTLƏR" ÖZ AMPULASINDA

17

May
13:08
MÜNASİBƏT
211

Bakıda bir marşrutda gediş haqqı endirildi

17

May
10:38
İQTİSADİYYAT
316

18 minə yaxın şagird imtahan verəcək

17

May
10:25
ELM / TƏHSİL
301
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-05-2021 20:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru