Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2014
15:12
`14 yaşımda sevgilim məni narkotik vasitə qəbuluna alışdırdı` - ŞOK
Bakıda məhkəmə qarşısına çıxarılan 17 yaşlı qızdan dəhşətli açıqlamalar

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Şirvan şəhər sakini, 1997-ci il təvəllüdlü Aygün Qədirovanın cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və hal şahidləri ifadə verib.

A.Qədirova özünü qismən təqsirli bilib. O, ifadəsində narkotik maddə aludəçisi olduğunu deyib. Narkotik vasitəni Bahəm adlı iranlı tanışından ona əmanət qaldığını deyən 17 yşlı qız əlavə edib: “İranlı tanışım var idi. Adı Bahəm idi. Sevdiyim oğlanın vasitəsilə tanış olmuşdum onunla. Mənə narkotiki verdi və dedi ki, 20 gündən sonra gəlib götürəcək. Mən də saxladım. Ancaq gəlib çıxmadı”.

Təqsirləndirilən qızın sözlərinə görə onu narkotik vasitələrin qəbuluna sevdiyi oğlan alışdırıb: “14 yaşım olardı, sevdiyim oğlan vardı. Tez-tez görüşürdük. Mənə narkotikdən istifadə etməyi öyrətdi. Sonradan isə özü tutuldu. Artıq narkotikdən ayrıla bilmirdim. İynə vurmağa başladım. Artıq həyatımdan bezmişəm”.

Qeyd edək ki, bu ilin aprelin 1-də Abşeron rayon Polis Şöbəsinin əməliyyatçıları Aygün Qədirovanı şübhəli şəxs qismində saxlayıb. Onun üzərinə baxış keçirilərkən bir kiloqramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Azəriqaz”dan əhaliyə MÜRACİƏT

28

Sentyabr
12:16
ÖLKƏ
205

Suriyada terrorçulara məxsus PUA vurulub

28

Sentyabr
11:46
DÜNYA
110

Vilayət Eyvazovdan yeni TƏYİNAT

28

Sentyabr
11:31
SİYASƏT
290

Əhməd Məsud bəyanat yayıb

28

Sentyabr
11:14
DÜNYA
215

AMB-nin valyuta məzənnələri

28

Sentyabr
09:14
İQTİSADİYYAT
275

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
430
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 12:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru