Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Oktyabr

2014
10:24
ABŞ komandanlığı “Azərbaycanda dini iğtişaş” ssenarisi hazırlayıb

...Azərbaycanın sahilyanı şəhərlərinin birində baş vermiş güclü zəlzələ sakinlərin adi həyat ritmini pozur.

Təbii fəlakət zamanı şəhərdəki məscidin qərb divarı uçur və bu səbəbdən məscid bağlanır. Nəticədə yerli sakinlər qəzəblənirlər və iğtişaşlar başlayır. Onlar öz aralarında dalaşırlar və aydınlaşdırmağa çalışırlar ki, məscidin bağlanmasından sonra harada namaz qılmaq olar. Və bu vəziyyətdə onların yaxınlıqdakı məscidlərə köçürülməsi məsələsi gündəmə gəlir...

Yəqin ki, bu sətirləri oxuyanlar belə ağlasığmaz əhvalatın nə vaxtsa Azərbaycanda baş verdiyinə heç vaxt inanmazlar. Üstəlik bu əhvalatın hansısa kinodan götürüldüyünü də ağıllarına gətirməzdilər.

Axı Azərbaycan kimi ölkədə zəlzələdən dağılan məscidin bağlanmasından sonra məscid üstündə dalaşan sakinləri uydurmaq hansı sarsaq ssenaristin ağlına gələ bilərdi?

Lakin belə görünür ki, bu cür sarsaq ssenarini yazanlar var. Özü də onlar kino rejissorları yox, Amerika ordusunun Mülki İşlər və Psixoloji Əməliyyatlar Komandanlığında (U.S. Army Civil Affairs and Psychological Operations Command) oturan strateqlərdir.

Virtualaz.org saytı ABŞ-ın dvidshub.net saytına (Defense Video&Imagery Distribution System) xəbər verir ki, həmin komandanlıq Amerika və Kanada ordusunun kapellanları (hərbi keşiş) üçün birgə təlim təşkil edib. Komanda-qərargah təlimlərinin ssenarilərindən biri də yuxarıda bəhs olunan əhvalatdır.

Hərbi təlim Cənubi Karolina ştatındakı Fort Cekson hərbi bazasında keçirilir. İlk dəfədir ki, ABŞ və Kanada ordusunun keşişləri birgə təlim keçirir və bir-birləri ilə təcrübə mübadiləsi edirlər. Beş gün ərzində onlar müxtəlif ssenarilər, o cümlədən şərti Azərbaycan şəhərində məscidə görə başlayan iğtişaşların yatırılması ssenarisi üzərində işləyiblər.

Birinci dəfə deyil ki, ABŞ ordusunun komanda-qərargah təlimlərində Azərbaycan ssenarisi üzərində məşq edilir. Məsələn, belə ssenarilərdən birinə görə, “cənub ölkəsi X” Azərbaycana hücum edir. ABŞ isə Xəzərdəki neft-qaz platformalarını qorumaq, bu hücumun qarşısını almaq üçün öz qüvvələrini Azərbaycana yeridir.

Bir neçə il əvvəl sınaqdan keçirilən bu ssenarini hardasa məntiqli hesab etmək olardı. Lakin indiki ssenaridə Azərbaycanın adının bu zəmində hallandırılması ABŞ ordu komandanlığının nəyinə lazımdır? Bəlkə orada hesab edirlər ki, Azərbaycanda dini fanatizm məscid üstündə iğtişaşlar başlada biləcək dərəcədə güclüdür?

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
430

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
504

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
413
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 18:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru