Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Oktyabr

2014
12:59
Polislə avtobus sürücüsü arasında əlbəyaxa dava - TƏFƏRRÜATLAR

Bu gün səhər saatlarında Bakının Səbail rayonunun Badamdar qəsəbəsində sərnişin avtobusunda dava düşüb. 

Anspress-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, mübahisə polislə sürücü arasında olub. 29 saylı avtobusun sürücüsü ilə polis əməkdaşı arasında mübahisə sonradan dava ilə nəticələnib. Nəticədə sürücü avtobusda olan sərnişinləri düşürüb və polislə birlikdə gediblər.

Məsələyə aydınlıq gətirmək üçün avtobusun sahibkarı Hikmət Bağırovla əlaqə saxladıq. Sahibkarın ANS PRESS-ə verdiyi məlumata görə, hadisə sürücünün avtobusun arxa qapısını açmaması səbəbindən baş verib.

“Sürücü arxa qapını açmayıb ki, sərnişinlər gedişhaqqı verməmiş düşməsinlər. Bu zaman polis əməkdaşı sürücü ilə mübahisə edib. Mübahisə zamanı söyüş söyülüb. Mübahisə davaya çevrilib. Sonradan sürücü ilə polis əməkdaşı barışıblar. Problem həll olunub”, - deyə Hikmət Bağırov bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
209

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
519
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 19:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru