Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2014
11:18
Parlamentdə toy məclisləri ilə bağlı qanun hazırlanır

Azərbaycanda toy məclislərinin keçirilməsi qaydaları ilə bağlı Milli Məclisdə qanun layihəsi hazırlanacaq. Bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.

M.Qurbanlı hesab edir ki, Azərbaycanda xalq özü toy qaydalarına da böyük düzəliş edəcək, lakin bu sahədə qanunların tətbiqi də mümkündür: “Bunu necə etmək olar? Birincisi, toy məclislərində səsgücləndiricilərlə yayılan səsin hüdudu müəyyənləşdirilməlidir. İkincisi, restoran və şadlıq evlərində toy məclisləri üçün menyu olmalıdır. Toy sahibi istəsə, yeməkləri həmin menyu ilə, istəməsə başqa yeməkləri sifariş edə bilər. Üçüncüsü, bütün şadlıq evləri ekologiyanı pozur. Onların bişirdikləri kababın tüstüsü ətraf mühitdə böyük ekoloji çətinliklər yaradır. Bu və digər məsələlərə nəzarət edilməlidir. Hazırda Milli Məclisdəki dostlarımız bu məsələnin üzərində işləyirlər və bununla əlaqədar qanun layihəsi hazırlayacaqlar. Artıq toy məclislərinin qanunla tənzimlənməsi sosial tələbata çevrilib”.

Qeyd edək ki, Mübariz Qurbanlı ardıcıl dörd çağırış Milli Məclisin üzvü olub. Azərbaycan Prezidenti İlham Əliyevin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə isə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vüqar Səfərlinin həbs müddəti uzadıldı

16

May
12:32
HÜQUQ,HADİSƏ
155

Vətən müharibəsi iştirakçısı vəfat etdi

16

May
12:29
BÖLMƏNİ DÜZ SEÇ!
155

Neftin bahalaşması davam edir

16

May
09:45
İQTİSADİYYAT
405

AMB-nin valyuta məzənnələri

16

May
09:30
İQTİSADİYYAT
450

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
665

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
519

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
561
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 13:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru