Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Avqust

2014
15:43
Lənkəranda gəlin toydan qaçdı: QAÇAN GƏLİNİN MƏKTUBU

Lənkəran rayonunda toy gəlinsiz baş tutub. İki gün sonra gəlin olacaq nişanlı qız evdən qaçıb. 

Nişanlı qızın bu addımından sonra 8 avqusta təyin edilmiş toy təxirə salınmayıb. Baş verənlərdən xəbərsiz olan qonaqlar toyda iştirak ediblər. Lakin Nəriman (ad şərtidir) adlı gənc bəy kürsüsünə oturarkən yanı boş olub. 

Rayon sakinlərinin bildirdiklərinə görə, 28 yaşlı Nəriman 19 yaşlı Günellə (ad şərtidir) 3 ildir nişanlı olublar. Nəriman Bakıda ev təmiri işləri ilə məşğul olub, Günel isə Lənkəran şəhərindəki kolleclərin birində oxuyurmuş. 

İlk günlər münasibətləri normal olan nişanlılar son zamanlar yola getməyiblər. Qız dəfələrlə nişanı qaytarmaq istəsə də, oğlan qəti olaraq buna qarşı çıxıb. Qızın valideynləri də oğlan tərəfi ilə danışaraq nişanı qaytarmağı təklif ediblər. 

Bu barədə bir kəlmə belə eşitmək istəməyən oğlanın tərsliyi sonda özünə baha başa gəlib. Qız "Mən bu toyun əleyhinəyəm. Rəfiqəmgilə gedirəm, məni axtarmayın" yazaraq evdən qaçıb.

Toydan bir neçə gün əvvəl qızlarının gəlin gedəcəyi evə cehizlərini daşıyıb, bəzəyən valideynlər övladlarının harada olduğundan xəbərsizdirlər.  

Lənkəran rayon Polis İdarəsindən isə hadisə barədə eşitdiklərini, lakin bu mövzuda şikayət ərizəsinin qəbul olmadığını bildiriblər./anspress

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
419

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
357

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
380

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
368

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
493

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
481

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
474

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
552
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 06:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru