Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2014
12:21
Bakıda hərəkəti asanlaşdırmaq üçün yeni yollar salınır

Bakıda Sabunçu qovşağının ətrafında müxtəlif istiqamətdə hərəkəti asanlaşdırmaq məqsədilə 3 yeni bağlantı yolları salınacaq. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P.Mürsəliyev qeyd edib ki, yeni salınan avtomobil yollarından biri Heydər Əliyev Beynəlxalq Hava Limanı - Böyükşor yoluna paralel olacaq. 12 metr enində yol 3 zolaqdan ibarət olacaq: "Bu yoldan Heydər Əliyev Beynəlxalq Hava Limanından, eyni zamanda Sabunçu-Bakıxanov istiqamətindən gələn nəqliyyat vasitələri istifadə edə biləcəklər. Bu yol zolaqlarından birinin vasitəsilə Aeroport yoluna, digər 2 zolaqla isə Zabrat qəsəbəsi istiqamətinə, eyni zamanda şəhər istiqamətinə çıxmaq mümkün olacaq. Əvvəllər Heydər Əliyev Beynəlxalq Hava Limanı yolundan gəlib Zabrat qəsəbəsi istiqamətinə dönəndə yol dar olduğundan ərazidə nəqliyyatın sıxlığı yaranırdı. Lakin bu zolaqlar salınandan sonra orada hərəkət asanlaşacaq".

Onun sözlərinə görə, Sabunçu qovşağının ətrafında eni 10,5 metr olan daha bir 3 zolaqlı yol və dairə salınacaq: "Şəhər istiqamətindən Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən nəqliyyat vasitələri Sabunçu qovşağının üzərinə çıxaraq həmin dairədə dönmə əməliyyatını yerinə yetirib yenidən şəhər istiqamətinə qayıda biləcəklər".

Bundan əlavə, Zabrat yolunun Sabunçu qovşağına yaxın ərazisi bir zolaq genişləndiriləcək: "Zabratdan gələn nəqliyyat vasitələri Sabunçu qovşağına çatanda yol dar olduğundan orada nəqliyyatın hərəkətində sıxlıq yaranırdı. Ona görə də Zabratdan şəhər istiqamətinə gələn yolda əlavə daha bir zolaq da salınacaq ki, bu problem də öz həllini tapsın".

"Azəryolservis"in rəsmisi qeyd edib ki, hazırda adıçəkilən ərazilərdə işlər davam etdirilir.Trend

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
680

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
872

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
664
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 03:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru