Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2014
22:20
Fərhad Məmmədovun elmi işində nurçuluq izləri

Son aylar Azərbaycan hakimiyyətindəki nurçularla bağlı bir-birindən maraqlı xəbərlər yayılır. Bu xəbərlərin əksəriyyəti mediaya da ayaq açır. Bu xəbərlər yayıldıqdan az sonra Prezident Administrasiyasında şöbə müdiri vəzifəsini tutan Elnur Aslanov ölkə başçısının sərəncamı ilə ötən ayın 17-də işdən çıxarıldı. Amma onunla bu və ya digər şəkildə əlaqəsi olan xeyli kadrın hələ PA-da və dövlətin müxtəlif strukturlarında mühüm vəzifələrdə qaldıqları deyilir. Belə kadrlardan biri də Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovdur. F.Məmmədovla bağlı da son ay yarımda mətbuatda xeyli xəbərlər yayılıb. SAM direktoru ilə bağlı redaksiyamıza növbəti maraqlı məlumat daxil olub. 

Məlumatda bildirilir ki, F.Məmmədov 2003-cü ildə BDU-nun tarix fakültəsinin magistratura pilləsini bitirib. Sitat: “İxtisası tarix olmasına baxmayaraq o, 2003-cü ilin dekabrında AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aspirantura pilləsinə daxil olub və 2009-cı ildə “Qloballaşmanın mənəvi etik əsasları və onların Azərbaycan fəlsəfə və etikasında dərki” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb. F.Məmmədovun bioqrafiyasından məlum olur ki, o, təhsil, ictimai fəaliyyət və dövlət qulluğu ərzində 20 elmi və 130-a qədər publisistik məqalələr dərc edib”. 

Məlumatda daha sonra deyilir: “Fərhad Məmmədovu Ali Attestasiya Komissiyası qanunsuz müdafiəyə buraxıb və ona alimlik diplomu verib. Belə ki, onun Avtoreferatında göstərilən məqalələrin siyahısı AAK-n tələblərinə cavab vermir. Bu qurumun tələblərinə görə iddiaçının ən azı bir məqaləsi xaricdə dərc olunmalıdır. Fərhad Məmmədovun Avtoreferatında göstərilən məqalələrinin siyahısında xaricdə dərc olunmaq adı ilə 2 məqaləsinin adı yer alıb. Bu məqalələrin hər ikisi İstanbulda Gülən camaatının (nurçular) ciddi nəzarəti  altında olan “Dialoq Avrasiya” jurnalının 18 və 22-ci nömrələrində dərc olunub”. 

Qeyd olunur ki, Ali Attestasiya Komissiyası bu struktura uyğun gəlməyən qurumların olmadığı ölkələrdə nüfuzlu ali məktəblərin nəşrlərini tanıyır.   

Mənbə bildirir ki, “Dialoq Avrasiya” jurnalı həm də elmi jurnal olmadığından AAK ümumiyyətlə bu jurnalı tanımır: “Maraqlıdır, deyilənlərə görə, ingiliscə gözəl bilən Fərhad Məmmədov nədən Avropada dərc olunan elmi jurnallara üz tutmayıb? Dissertasiyanın Azərbaycan dilində yazılmasına baxmayaraq Avtoreferatda göstərilən 8 məqalənin 7-i rus dilindədir. “Dialoq Avrasiya” jurnalında dərc olunan  məqalələrlə yanaşı yerdə qalan məqalələrin 3-ü isə ciddi nəşrlərdə dərc olunmayıb”. 

Qəzetimizə göndərilən materialda o da bildirilir ki, Fərhad Məmmədov müdafiə zamanı Müdafiə Şurasının üzvlərinin verdiyi sualların heç birinə dolğun cavab vermədiyindən onun cavabları istehza və gülüşlə qarşılanırmış: “AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun alimlərindən tutmuş laborantlarına qədər onun dissertasiyasının kimin tərəfindən yazılmasını bilirlər. Burada müəyyən həqiqətlər də var. Tarix fakültəsini bitirən birisi birdən-birə tarixin problemləri ilə deyil, fəlsəfə ilə məşğul olur və tezliklə alimlik dərəcəsi alır”. 

Mənbə onu da bildirir ki, F.Məmmədovun dissertasiya işi olduqca zəif işdir və yaxın vaxtlarda dissertasiyada yer almış ciddi qusurlar haqda qəzetimizə əlavə bilgilər göndəriləcək./Yeni Müsavat

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
176

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
559
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 02:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru