Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Fevral

2014
16:29
Kolbasada `bağırsaq çöpü` aşkarlandı

Kolbasada “ bağırsaq çöpü” aşkarlanıb. Bu barədə Bakupost.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.

O, bildirib ki, yanvar ayı ərzində mağazalarda satışa çıxarılan kolbasa məhsulları laborator müayinələrdən keçirilib: “Müayinə zamanı 100-dən çox nümunə yoxlanılıb. Bir nümunədə bakteriyayla çirklənmə aşkarlanıb. Hələlik hansı firmanın məhsulu olduğunu açıqlaya bilmərik. Çünki sabahdan etibarən təkrar yoxlama aparılacaq. Laborator müayinə təkrar nəticə əldə edərsə, ictimaiyyətə ətraflı məlumat veriləcək. O zaman məhsulun hansı firmaya aid olduğu da açıqlanacaq”.

RGEM-in şöbə müdiri yaxın günlərdə süd məhsullarının yoxlanılmasına başlayacaqlarını da bildirib: “Fevral ayı ərzində müxtəlif çeşidli süd məhsullarının laborator müayinələri aparılacaq. Bu siyahıya xama, yoqurt, qatıq, pendir və s. süd məhsulları daxildir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
396

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
556
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 11:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru