Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2013
10:45
Akademiyada çalışan işçilərin attestasiyası keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni işçilərin işə qəbulu bir qayda olaraq Azərbaycan Res­pub­li­kasının Əmək Məcəlləsinin tələblərinə uyğun, müddətli əmək müqavilələri əsasında həyata keçiriləcəkdir. AMEA-dan verilən məlumata görə, bu barədə qərar Akademiyanın Rəyasət Heyətinin iclasında qəbul edilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, məcəllədə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 70 yaşdır: "Buna baxmayaraq, məcəllənin digər bəndlərinə edilmiş əlavələr dövlət büdcəsindən maliyyələşən elm, mədəniyyət, səhiyyə və təhsil müəssisələrində çalışmanın yaş həddinin 70-dən yuxarı uzadılmasına imkan verir".

O, bildirib ki, əmək qanunvericiliyinə edilən bu əlavə əvvəlki əlavələrlə ziddiyyət təşkil edir: "Bu qanun norması AMEA-nın elmi müəssisələrində çalışmanın yaş həddini aşmış çoxsaylı elmi və digər işçilərin fəaliyyət göstərməsinə süni şərait yaradır".

Qərara görə, AMEA-da çalışan 18-60 yaş arası şəxslərlə əmək müqavilələri 4, altmış yaşdan yuxarı şəxslərlə isə 1 il müddətinə bağlanacaqdır. Həmçinin, Akademiyada çalışan işçilərin 2014-cü ildə fevralın 1-dən aprelin 30-dək attestasiyası keçiriləcəkdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
95

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
191

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
402

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
454

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
641
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 10:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru