Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2013
13:47
Toyuqlar hökumətdən şikayətçidirlər

Neft-qaz yataqları üzərində oturan Azərbaycan xalqı müstəqil olduqdan sonra bəlkə də ən böyük ümidini bu sərvətə bağlamışdı. Amma çox keçmədi ki, başa düşdülər ki, onlara çatan yalnız neftin, qazın iyi olacaq. Daim xalqın "firavanlığını" düşünən hakimiyyət onları avropalılara yaxınlaşdırmaq məqsədilə yeni bir uzaqgörən addım atdı. Benzinin qiymətini Avropa standartları ilə uzlaşdırdı. Çünki biz artıq bütün baxımdan Avropa ölkələrini geridə qoymuşuq. Seçkilər demokratik, təhsilimiz yüksək, rüşvətxorluq yox səviyyəsində, hələ maaşlarımızı demirəm! Korrupsiya ilə bağlı dövlət səviyyəli idarəmiz də var. Necə deyərlər, inkişaf göz qabağındadır. Xüsusilə insan haqlarında heç kəs bizimlə ayaqlaşa bilməz. Xalq heç narahat olmasın, lazım gələrsə orta aylıq əməkhaqqı 5 manat artırıla da bilər.

Amma hakimiyyətin bir çətin məsələsi qalır. O da ki, toyuqların məsələsidir. Axı benzin qalxandan sonra toyuqların da səs-küyü qalxıb ki, bəs xeyir ola? Min zəhmətlə dünyaya gətirdiyimiz yumurta 5 qəpik qalxan kimi dövlət səviyyəli toplantıda bunu müzakirə edib qiymətini aşağı salırsınız, amma hər bir məhsulun bahalaşmasına səbəb olan benzin qalxanda bəhanələr gətirirsiniz? Bu qədər ədalətsizlik olmaz. Buna görə də hakimiyyət fermalarda müzakirələri intensivləşdirib. Əgər toyuqları ələ almaq mümkün olmasa, onlarla siyasilər kimi "davranılacaq".

Elə bu baxımdan Azərbaycanın inkişafını görmək istəməyərək ölkəni tərk edən "nankor ünsürlərə" üzümü tutub deyirəm ki, ölkədə vəziyyətin dözülməz olduğunu bəhanə edib xaricə qaçmaqla dövlətin apardığı "analoqsuz inkişafa" pərdə sala bilməzsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
1171
Şərhlər
Amin tərəfindən 07-12-2013 10:11:02 tarixində yazıldı
Ne deyesen Vallah
Vicdani olmayan ucun neft ve yumurtanin ferqi yoxdur
Siravi vetenda$ tərəfindən 09-12-2013 04:56:28 tarixində yazıldı
Tesekkur
Allah atava rehmet elesin.Sizin klmi anlayan insanlar cox olsa idi yeqin ki,bu güne qalmazdiq.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 07:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru