Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Noyabr

2013
20:50
Hacı Şahin Həsənli MTN-ə ifadəsində bildirdi ki...

Bakıdakı Məşhədi Dadaş məscidinin imamı Şahin Həsənov noyabrın 25-də Milli Təhlükəsizlik Nazirliyinə dəvət olunub. “Media forum”a danışan Şahin Həsənov bildirib ki, nazirlikdə izahat verib.

Milli Təhlükəsizlik Nazirliyi insanların həlak olması məqsədilə terrorçuluq hərəkətlərinin törədilməsinə yönəlmiş hazırlığa və qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsinə görə Azərbaycan vətəndaşları Mirzəyev Nəriman Xosrov oğlu və Rüstəmov Mirzəhməd Şakir oğlunu həbs edib. Rəsmi məlumatda bildirilir ki, Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri 2012-ci ilin aprel ayında odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə şiə təriqətinə mənsub şəxslərin həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayışların törədilməsi barədə öz aralarında razılığa gəliblər. Onlar şiə təriqətinə mənsub şəxslərin kütləvi toplaşdığı məkanlardan biri olan Məşhədi Dadaş məscidinin partladılması üçün dini ibadətgah ətrafında müşahidələr aparıblar.

Şahin Həsənov bu gün MTN-də izahat verərək qeyd edib ki, tutulan şəxslərlə heç bir tanışlığı və ünsiyyəti olmayıb.

İmam baş vermiş hadisəni belə qiymətləndirib: “Bu, radikal cərəyanların xüsusiyyətidir, məzhəblər arasında qarşıdurma yaratmaq üçün bu cür çağırışlar edirlər, destruktiv əməllər törədirlər. Bu da onun növbəti təzahürüdür. Əslində onların məzhəbi yoxdur. Onlar təkfirçi qruplardır. Özlərindən başqa bütün insanları kafir, dinsiz hesab edirlər və onlara qarşı cihadı da müqəddəs bir vəzifə sayırlar”.

Şahin Həsənov bildirib ki, təhlükəsizliyindən narahat deyil: “Heç bir təhlükə hiss etmirəm. Müvafiq qurumlar da yəqin ki, bu təhlükəsizliyi təmin etməklə məşğuldurlar”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
610

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
807

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
629
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-05-2021 23:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru