Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2013
15:30
Amerika Səfirliklərinin damındakı müəmmalı otaq
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi dinləmləri necə həyata keçirir?

Amerika Birləşmiş Ştatlarının səfirlikləri vasitəsilkə fəaliyyət göstərdikləri ölkələrdə ictimai-siyasi xadimləri, dövlət başçılarını, ayrı-ayrı idarə və müəssisələri dinlədiyi  hələ də gündəm mövzusudur. FaktXəbər-in məlumatına görə, dinləmənin əhatə dairəsi o qədər böyükdür ki, Birləşmiş Ştatlar kimi nəyə görə dinlədiyi barədə açıqlama vermir. Hətta qanadları altına aldığı media orqanları vasitəsiylə bu mövzunu bacardığı qədər lokallaşdırmağa çalışır.

Birləşmiş Ştatların Avropa dövlətlərinin rəhbərlərini də dinləməsi daha böyük səs-küy yaradıb. Düzdür, Amerika bu dinləmələrin Avropanın da xeyrinə olduğunu açıqladı, amma məlum oldu ki, bu “xeyir” Fransaya milyonlarla dollara başa gəlib. Belə ki, Fransanın Hidistana satmaq istədiyi “Rafael” təyyarələrində çatışmazlıq olması barədə ABŞ-ın ötürdüyü informasiyadan sonra müqavilə ləğv edilmişdi. Bu isə onu göstərir ki, dinləmələr sırf ABŞ-ın maraqları üçün həyata keçirilib. Məhz buna görədir ki, veriləcək cavab yoxdur.

Amma burada daha bir sual çıxır meydana: ABŞ bu dinləmələri necə həyata keçirir? Təbii ki, əvvəlcədən də qeyd olunduğu kimi səfirlikləri vasitəsiylə. Demək sözügedən səfirliklər bu dinləmələrin həyata keçirilməsi üçün bütün avadanlıqlarla təhciz ediliblər.

Kiçik bir araşdırma apardıq və maraqlı nəticələr əldə etdik. Məlum oldu ki, Amerika Birləşmiş Ştatlarının səfirlik binaları eyni dizaynla tikilmiş hissələrdən ibarətdir. Bu binaların tamamlayıcı hissəsi isə damda yerləşən və heç bir girişi, pəncərəsi olmayan otaqdan ibarətdir. Otaqlara giriş sadəcə daxildəndir. Mütəxəssislər bildirirlər ki, dinləmə qurğularının məhz həmin yerdə yerləşdirildiyi şübhəsizdir.

Bu məsələ Azərbaycan üçün də gündəmdə olduğundan səfirliyin paytaxt Bakıda yerləşən binasına diqqət etdik. Fikrimizdə yanılmamışdıq, Bakıdakı səfirlik binasının damında da eyni tipli otaq yerləşir. Amma təəssüf ki, strateji obyekt olduğu üçün binanın çəkilişinə icazə verilmədiyinə görə, onu sizlərə göstərə bilmirik.

Aşağıda isə ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən ABŞ səfirliklərinin damındakı sözügedən otaqların şəkilləri əks olunub. Bir faktı da qeyd etmək yerinə düşər ki, Amerikanın İraq səfirliyinin 22 min işçisi var. Yəqin bu da bir araşdırma mövzusudur ki, səfirlikdə 22 min işçi nəyə lazımdır; bəlkə bunlar elə potensial hərbçilərdir?

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AİP İran xalqını təbrik etdi

20

İyun
12:56
SİYASƏT
227

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
340

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
321

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
331

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
451

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
500

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
667
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2021 19:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru