Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Noyabr

2013
16:38
Qəddar işgəncələri ilə tanınan Quantanamo həbsxanasından reportaj
«Heç bir şəxsə xoş gəlməz ki, onun üzünə tüpürülə və nəcislə murdarlana»

Yəqin ki, dünyada gedən prosesləri izləyən hər bir kəs üçün Quantanamo adı tanışdı. Bu həbsxananın adı çəkiləndə  hər bir kəsin ağlına dəhşətli işgəncələrə məcbur qalmış məhkumların internetdə yayılmış şəkilləri gəlir. FaktXəbər-in verdiyi məlumata görə, uzun illərdən bəri hüquqmüdafiəçilər bu yerin bağlanmasını tələb etsələr də heç bir nəticəsi yoxdur.

Amerika hüquq müdafiə orqanlarının yeni hesabatına əsasən , həbsxanada insan haqlarının pozulması davam edir.

RT müxbğiri  Anastasiya  Çürkinə düşərgədə nə baş verdiyini öz gözləri ilə görmək üçün Quantanamoya yola düşüb. O aclıq aksiyası keçirənlərin zorla  qidalandırılmasına baxmaq üçün də sorğu versə də, istəyi rədd edilmişdi.

Quantanamo. Hər səhər saat 8-də ABŞ-ın milli himni oxunur. 2002ci ildən bəri bu həbsxana işgəncələr aclıq aksiyası və intiharlarla bağlı qalmaqallarla gündəmə gəlir. Burada terrorizmlə sonsuz müharibə çərçivəsində qeyri-müəyyən müddətə kimi  azadlıqdan məhrum olanlar var. Uzun illər həbsxanada yatan, sonda heç bir ittiham irəli sürülmədən 779 məhbus həbsdən buraxılıb. Hazırda  burada 164 nəfərdən çox insan var. Onların yarıdan çoxu, rəsmən həbsdən buraxılma sərəncamı alsa da, hələ də orada saxlanılırlar.

«Heç bir şəxsə xoş gəlməz ki, onun üzünə tüpürülə və nəcislə murdarlana», - deyə mühafizəçilərdən biri deyir. «Hər halda onlar da insandırlar. Hər kəs bilir ki, burada qalmaq onların xoşuna gəlmir. Biz bunu təkzib etmirik», - deyə  Quantanamonun  birləşmiş operativ-taktiki qrupunun rəisi  etiraf edir.

Tikanlı məftillərin o tərəfindən rəngarən həyatın bütün sevinclərini yaşamaq olar. Okean, çimərlik… bir sözlə gözəllik. Əslində bura elə də pis deyil. «Mən bura köçməyə çəkinirdim, ancaq bəzi məsələlərə fikir verməsən, yaxşı yerdir», deyə yerli sakmin  Tomas Corc deyir. «Bəzi məsələlərə fikir verməmək» elə də çətin deyil, çünki burada baş verənlərin üzərindən qalın sirr pərdəsi çəkilib.

«Delta» düşərgəsi pasiyentləri məcburi qidalanmağa məcbur edən yerdir. Rəsmi şəkildə  aclıq aksiyasının bitdiyi deyilsə də, bu gün azı 15 nəfərin məcburi yedirdiləcəyi məlumdur. Boru  burun dəliyindən keçiridilərək mədəyə salınır.

«Quantanamoda məcburi yedirdilməyə məcbur qalan müvəkkillərim, prosesi işgəncə kimi qeyd edirlər. Onlar ərəb dilində «işgəncə stulu» adlandırdıqlar və yerə möhkəm bərkidilmiş oturacağa bağlanılır», - deyə  vəkillərdən Rəmzi Qasim bildirir.

Həbsxanada 6 intihar baş verib, onlarla məhbus özünə qəsdə cəhd edib. Rəmzi Qasim ölənlərin cəsədlərinin yarılmadığını və ABŞ hökumətinin  heç bir rəsmi hesabat yaymadığını, həmçinin istintaqın nəticələri barədə heç bir məlumat verilmədiyini bildirib.

5 saylı düşərgədə isə «nisbətən sakit» məhbuslar saxlanılır.

6 saylı düşərgə ümumi kameralarla təchiz edilib. Həbsxananın administrasiyası «sözəbaxmaz» məhbusların özlərini yaxşı apardığını gördükdə, onları ümumi kameraya gətirirlər.

Bizi məhbusların yanına buraxmırlar. Onların olmadığı kameralarda gecə paltarları, diş pastası və şampun görünür. Bütün bunlar jurnalistlərin  qarşısına düzülüb ki, guya hər şeyin qorxulu yuxulardan daha yaxşı olduğunu  düşünək…

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
181

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
564
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 02:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru